“Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir” adlı tədbir keçirilmişdir

Suraxanı rayonu, 311 saylı körpələr evi uşaq bağçasında “Müstəqilliyimiz əbədidir,daimidir və dönməzdir”adlı tədbir keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçi Nərgiz Çiraqova, 163, 270, 273, 311 saylı körpələr evi və uşaq bağçalarının müdirləri və nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu, 311 saylı körpələr evi uşaq bağçasının müdiri Svetlana Hənifəyeva bildirmişdir ki, Şərqdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilmişdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çiraqova çıxış edərək demişdir ki, Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Cənab Prezident hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və ehtiram göstərir. Belə ki, 28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır.
Daha sonra çıxış edən natiqlər demişlər ki, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir.