Müsahibə zamanı ölkəmizin yeni dünya nizamında yeri və əhəmiyyəti xüsusi vurğulanmışdır
Sevinc Şükürova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Ağciyər Xəstəlikləri Mərkəzinin Doğum Evinin baş həkimi
İlk öncə qeyd etmək istərdim ki, 20 yanvar 2026-cı il tarixində Prezident cənab İlham Əliyev Davosda "Euronews" televiziyasına müsahibə vermişdir. Müsahibə zamanı ölkəmizin yeni dünya nizamında yeri və əhəmiyyəti xüsusi vurğulanmışdır. Onu da qeyd edim ki,dünyada sülh və əməkdaşlıq sahəsində göstərdiyi səylərə görə cənab Prezident "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülmüşdür. Bu, fəxredici haldır. Bu mükafat insanlar arasında sülhü, tolerantlığı, həmrəyliyi təşviq edən şəxslərə və təşkilatlara verilən bir mükafatdır.
Cənab Prezident də vurğuladığı kimi bu mükafat adını BƏƏ -nin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyənin adından götürmüşdür. O, həyatı boyu humanizm, dinlərarası dialoqa və insan dəyərinə böyük önəm verib. Mükafat 2019-cu ildə təsis olunmuşdur. Ən əsas məqsədi isə insanlar arasında nifrəti azaltmaq, sülh içində birgə yaşamağı təşviq etmək, dünyada ədalət və mərhəməti gücləndirməkdir. Doğurdan da artıq şahidiyik ki, bugün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin formatı artıq əməkdaşlığa çevrilib.
Dövlət başçısı müsahibə zamanı onu da bildirib ki biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur.
Prezident cənab İlham Əliyevin bu mükafata layiq görülməsi - yalnız fərdi liderlik deyil, həm də Azərbaycanın regionda sülh, hörmət və qarşılıqlı anlaşma prinsipinə sadiqliyinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir.
Cənab İlham Əliyevin regionda sabitliyin və dialoqun qurulması istiqamətində atdığı addımlar, münaqişələrin sülh yolu ilə həllinə verdiyi önəm bu mükafata layiq grülməsinin əsas səbəblərindəndir. Bu, təkcə Prezidentə deyil, eyni zmanada Azərbaycanın sülh siyasətini və humanist dəyərlərə sadiqliyinə verilən yüksək qiymətdir. Bu mükafat göstərir ki, Azərbaycan beynəlxalq aləmdə sülh əməkdaşlıq və insan qardaşlığı prinsiplərini dəstəkləyən ölkə kimi tanınır.
Vurğulamq istərdim ki, Prezident cənab İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi ölkəmizin dünya ictimaiyyəti tərəfindən qəbul olunması deməkdir. Biz xalq olaraq, qürur duyuruq.