Müstəqil siyasət Azərbaycanı müasir dünyanın yeni iqtisadi fenomeninə çevrir

Müstəqil siyasət Azərbaycanı müasir dünyanın yeni iqtisadi fenomeninə çevrir
Rəsul Səlimzadə
YAP-ın gənc fəalı
Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Son illər həyata keçirilən xarici siyasətin təhlilinin ümumi mənzərəsindən də tam aydın olur ki, Azərbaycan nəinki Cənubi Qafqaz, həmçinin Avropa və dünya məkanında fəal aktora çevrilib. Bu mövqe həyata keçirilən siyasi-hüquqi, iqtisadi islahatların nəticələrinə və bunun əsasında təşəkkül tapmış siyasi nəaliyyətlərə söykənir.
Bu gün Azərbaycan olduqca fəal xarici siyasət həyata keçirir. Bu siyasət rəqabətə deyil, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan dünyada gedən proseslərdə, ümumi rifahı təmin edəcək dünya nizamının formalaşmasında tutduğu konstruktiv mövqe ilə də fərqlənir. Son illər ölkəmizin əldə etdiyi nailiyyətlər ölkənin beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq həyata keçirilir və xarici siyasətdə regional əməkdaşlıq məsələləri prioritet xarakter daşıyır.
Müasir dövrün səciyyəvi xüsusiyyətləri, xüsusəndə qloballaşmanın ölkələr arasındakı münasibətlərə köklü düzəlişlər etməsi Azərbaycanın daxili və xarici siyasətində tam dəqiqliklə nəzərə alınır. Həmin siyasət Azərbaycanın geosiyasi məkanda öz yerini müəyyənləşdirməsinə, beynəlxalq münasibətlərin nəinki fəal, hətta regional münasibətlər sistemində aparıcı dövlətə çevrilməsinə imkan verib. Prezident İlham Əliyev dediyi kimi, bu gün regionda sülhün, sabitliyin, iqtisadi yüksəlişin təminatçısı Azərbaycandır və Azərbaycansız heç bir genişmiqyaslı regional layihə həyata keçirilə bilməz. Beynəlxalq münasibətlərin Cənubi Qafqazda mürəkkəbliyə, siyasi hadisələrin kulminasiya nöqtəsinə çatmasına baxmayaraq , Azərbaycanın tutduğu mövqe və siyasi proseslərin gedişinə təsir imkanlarının güclənməsi bölgədə təhlükəsizliyi, sabitliyi təmin edən əsas amillərdən biridir.
Ölkə rəhbəri tərəfindən aparılan müstəqil siyasət nəticəsində Azərbaycan inkişaf edir, bölgənin liderinə çevrilir. Prezident İlham Əliyev bir fikiri həmişə xüsusi vurğulayır: “ Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz biraz dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyilldir. Bunun müxtəlif səbəbləri vardır və bu, təkcə bugünkü siyasi mənzərə deyil, bu əsrlər boyu belə olubdur. O ökələr özünə dünyada layiqi yer tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın – nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan da bu ölkələrdəndir. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə, bəlkə də, Azərbaycan ən ağır vəziyyət idi.” Bu gün də görünən odur ki, aparılan praqmatik və düşünülmüş siyasət nəticəsində, Azərbaycan nəinki bölgədə həm də, dünyanın siyasi səhnəsində real qüvvədir və onunla bir çox məsələlərin həllini müzakirə etmək, ədalətli və obyektiv çıxış yollarını razıllaşdırmaq arıtıq siyasi zərurətdir. Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda da çıxışı zamanı da qeyd etmişdir ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Bizim hər zaman öz müstəqil siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Bütün bunlar, yerinə yetirilən vədlər bir daha onu göstərir ki, heç bir qüvvə Azərbaycanı öz müstəqil siyasətindən döndərə bilməz və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən müstəqil xarici siyasət kursu Azərbaycanın parlaq gələcəyini təmin edir.