Müasir dövrdə həm Azərbaycan, həm də Gürcüstan bölgə üçün önəmli ölkələrdirlər
Aidə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 273 nömrəli körpələr evi, uşaq bağçasının müdiri
16 mart 2024 cü il tarixində dövlətimizin başqası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstan ın Baş naziri İrakli Kobaxidzenin rəsmi səfəri baş tutub və bu səfər ilə əlaqədar mətbuata bəyənatlarla çıxış ediblər.
İrakli Kobaxidze Baş nazir vəzifəsində fəaliyyətinə başlayandan dərhal sonra Azərbaycana səfər edib. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadılar.
Bu dosluğun tarixi kökləri var. Və bu köklər üzərində bizim dövlətlərarası münasibətlərimiz qurulub. Müasir dövrdə həm Azərbaycan, həm də Gürcüstan bölgə üçün önəmli ölkələr olub. Birgə həyata keçirilən infrastruktur layihələri–enerji, nəqliyyat bir çox ölkələr üçün əhəmiyyətlidir. Bakı-Tiblisi-Qars dəmir yolu bir neçə aydan sonra daha geniş formada fəaliyyətə başlayacaq.
Azərbaycan, Gürcüstan və Türkiyə bu layihənin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə başqa ölkələrə ixrac edilir (onların sayı 8 çatıb).Gələcəkdə bu ölkələrin sayı artacaq. Bunun üçün Azərbaycanın imkanları (qaz ehtiyatı) var, Gürcüstan kimi dostumuz var.
Yeni layihələr hazırlanır. Onlardan biri yaşıl enerji layihəsi. Buna böyük tələbat var. Bizim dövlətlərin bərpaolunan enerji potensialı var.
İki dövlət arasında ticarət dövriyyəsi də artır. Həmçinin , Azərbaycan bütün dövrlərdə başqa dövlətlərin suverenliyi, ərazi bütövlüyünü , sərhədlərin toxunulmazlığını dəstəkləyir. Müvafiq beynəlxalq təçkilatlarda bir-birimizin suverenliyini hər zaman dəstəkləyirik. Biz yaxçı bilirik ki, bəzi hallarda suverenliyi güc tətbiq etməklə bərpa etmək olur.
Necə ki, uzun illər Azərbaycan işğaldan əziyyət çəkib və öz gücü ilə ərazi bütövlüyünü bərpa edib. Bu yol tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququnu tanıyıb və Azərbaycan bu hüquqlardan istifadə etməklə ərazi bütövlüyünü bərpa edib.
Azərbaycan və Gürstan xalqları dost xalqlarıdır. İki qardaş ölkə olaraq bundan sonra da əl-ələ verən irəliyə gedəçiyik.