Müasir Azərbaycan gəncliyi ölkədə gedən inkişaf proseslərini dəstəkləyir

Müasir Azərbaycan gəncliyi ölkədə gedən inkişaf proseslərini dəstəkləyir

Sübhan Şərifov

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Heç kim qanundan üstün ola bilməz. Qəbul olunmuş Dövlət Proqramlarının müsbət nəticələri öz bəhrəsini verir. Bu Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində respublikamızın bütün rayonlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Belə ki, elektrik enerjisi ilə təchizat,yol infrastrukturu,suvarma,içməli su layihələri,sosial infrastruktur layihələri icra olunub. Hər rayonda müasir xəstəxana, tibb ocaqları, çoxlu sayda məktəblər, uşaq baxçaları,gənclər evləri,mədəniyyət ocaqları inşa olunub. Yaradılan bu yeni binalar insanların inkişafına,sağlamlığına böyük dəstək olur. Ümumiyyətlə, gənclərin inkişafı üçün mütləq hər bir rayonda Gənclər evləri olmalıdır. Bu ona görə mütləqdir ki, gənclər evlərində gənclər xüsusi bacarıqlarını inkişaf etdirir. Həmçinin yeni infrastruktur layihələr, quruculuq işləri bir çox insanın işlə təmin olunmasına çox böyük yardımçı olur. Bununla da, ölkə ərazisindəki bir çox insan işlə təmin olunur.

Bu gün ölkə əhalisinin sayının artması işsizlik probleminin də artacağına işarədir. Ona görə də mütləqdir ki, bu kimi yeni quruculuq işləri artmaqda davam etsin. Bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmiş ,bəzilərinin hökmü verilmiş, bəzilərinin işi isə hələdə məhkəmədədir. Bu hadisələrin bir daha yaşanmamağı üçün hər bir icra başçısı öz vəzifəsini düzgün, qaydasında yerinə yetirməlidir. İcra başçıları insanlarla daimi təmasda olmalıdırlar. Onlar insanların problemlərini dinləməli və bu problemlərlə bağlı çıxış yollarını axtarıb onların həll yollarını araşdırmalıdırlar. Rayonlarda, şəhərlərdə, kəndlərdə baş verən problemləri bilməli və onların həll yolunu tapıb yeni quruculuq işlərini təmin etməlidirlər.

Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir. Müasir Azərbaycan gəncliyi ölkədə gedən inkişaf proseslərini dəstəkləyir, xarici və daxili siyasəti dəstəkləyir. Xalqımız hər zaman cənab Prezidentimizin qərarlarını hörmətlə yanaşır və ona inanırlar. Bu inam 44 günlük vətən müharibəsində də özünü doğrultdu. Xalqımız dəmir yumruq kimi birləşib, düşmənə meydan oxudu. Həm ön cəhbədə, həm də arxa cəhbədə xalqımız öz mübarizəsini, öz əzmini bir daha nümayiş etdirdi. Azərbaycanda şəhid ailələri, qazilər və müharibə veteranları hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Bu kateqoriyadan olan şəxslərin sosial təminatının gücləndirilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət başçımızın tapşırığı ilə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hərtərəfli dəstəyin göstərilməsi, onların sosial təminatının gücləndirilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib, bununla bağlı sərəncamlar imzalanıb, qanunlar qəbul olunub. Ölkə başçısı öz çıxışlarında hər zaman bütün məmurlara, ictimaiyyətin bütün üzvlərinə şəhid ailələri, qazilər və müharibə veteranlarına xüsusi qayğı ilə yanaşma sərgiləməyi tələb edir. Bu günlərdə bir neçə rayona təyin edilən icra başçılarını qəbul edərkən Möhtərəm Prezidentimiz bu məsələləri xüsusilə vurğulayaraq bildirib ki, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşılmalıdır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, vətəndaşlarımıza, xüsusilə də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına dövlət qayğısının göstərilməsi Azərbaycan dövləti üçün əsas prioritetdir.

Göygöl,Masallı,Lerik rayonlarında müasir istirahət zonaları, otel kompleksləri inşa olunub. Bu da ölkə ərazisində olan bütün turistlərin həmin zonalara səyahət etmək imkanlarını daha da artırıb. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Amma yollarda aparılan quruculuq işləri bu problemin aradan qalxmasına böyük dəstək oldu. Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. Bu da Azərbaycanda kənd təsərrüfatının, taxılçılıq, maldarlıq, heyvandarlıq və s. bu kimi sahələrin uğur qazanması üçün çox əlverişli imkanlar yaradır. Həmçinin kənd təsərrüfatının inkişafı Azərbaycanın iqtisadi inkişafına da müsbət təsir göstərir. Torpaqların qanunsuz zəbt edilməsi prosesi geniş vüsət almışdır.

İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Əfsuslar olsun ki, bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Bəzi tarixi əhəmiyyətə malik olan torpaqlarımız da qanunsuz şəkildə zəbt olunur. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Belə qanunsuz hərəkətlər nəticədə kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi azalır, torpağın məqsədli istifadəsinə maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Müvafiq qurumlar tərəfindən torpaq sahələri özbaşına olaraq təyinatı nəzərə alınmadan istifadəyə, icarəyə və ya mülkiyyətə verilir. Zəbt olunmuş sahələrdə qanuna zidd olaraq tikintilər aparılır, özbaşına istifadə hallarına yol verilir. Belə qanunsuzluqlar sonda narazılıqlara səbəb olur və mülkiyyət barədə hüquqi mübahisələrə yol açır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar olunmuş belə hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə əsasən tədbirlər görülür. İnzibati sanksiyalar tətbiq olunur, konkret məsuliyyətə cəlb olunma və ya sərt cəza tədbirlərinin tətbiqi ilə bağlı qərar verilir.

Ölkə ərazisində sahibkarlıq inkişaf edir və bunun üçün bir çox addımlar atılır. Sahibkarlıq fəailliyəti ilə məşğul olan şəxslərin maliyyə vəsaitlərinin ödənilməsi ilə bağlı ölkədə müəyyən işlər görülür. Son illərdə bütün rayonlarda regionların sosialiqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Bu da onu təsdiq edir ki, dövlətimiz xalqımızın rahat yaşaması üçün hər cür yeni işlər görməyə hazırdır.