Milli Qurtuluş günü xalqımızın tarixi bayramıdır
Vəfa Əzizova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Bakı şəhəri 114 nömrəli tam məktəbin tarix müəllimi
15 iyun Milli Qurtuluş günü xalqın talehində əhəmiyyətli günlərdəndir. Bu bayram məhz xalqın, dövlətin, milli dəyərlərin, milli inkişafın və bu gün bütöv Azərbaycanın məhv olmaqdan qurtulduğu gündür. Məhz xalqın uğurlu seçimi, xilaskarın qayıdışını tələb etməsi bu yolda ən vacib addım olur. Milli Qurtuluşla başlanan tarixi yolda ən vacib prinsip müstəqilliyin qorunub saxlanılması və ərazi bütövlüyünün bərpası idi. Bu prinsiplər uğurunda Ulu Öndər Heydər Əliyev gecə-gündüz dayanmadan çalışdı. Belə ki, Ulu Öndər çıxışlarının birində bu barədə bildirmişdi: “ Mənim həyatım da fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. 1993-cü ildə oktyabrın 3-də xalqımızın böyük əksəriyyətinin seçimi ilə Heydər Əliyev Prezident seçildi. Bununla da Azərbaycan xalqının iqtisadi, ictimai, siyasi həyatında yeni inkişaf mərhələsi başlayır. 15 iyun 1997- ci ildən etibarən parlamentin qərarı ilə Milli Qurtuluş günü kimi qeyd olunur. Milli Qurtuluş günü xalqımızın tarixi bayramıdır.
Heydər Əliyev dünyaya inteqrasiya olunmuş bu günkü müasir Azərbaycanın memarıdır. Onun siyasi bacarığı ilə dünya dövlətlərinin iqtisadi marağı ölkəmizə cəlb olundu. Yeni iqtisadi layihələrə imza atıldı. Neft- qaz sektorunda sürətli inkişaf dinamikası gözə çarpırdı. Bir çox Avropa dövlətləri Azərbaycanın neft və qazına böyük maraq göstərirdi. Bütün bunlara nail olmaq üçün ilk öncə ölkə ərazisinə edilən erməni təcavüzünün qarşısının alınması vacib faktor idi. 1994-cü ilin may ayından erməni və Azərbaycan arasında atəşkəs əldə olundu. Bundan sonra 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” nin imzalanması gerçəkləşdiriıməsi məhz Heydər Əliyev tərəfindən işlənib hazırlanıb. Eyni zamanda müstəqil Azərbaycanın iqtisadi inkişaf prinsipinin əsasını təşkil edən layihələrin həyata keçirilməsinin parlaq nümayənələridir.
Azərbaycan iqtisadi inkişafını təmin etmək məqsədilə məqsəd yönlü olaraq tarixi İpək yolunun bərpası üçün lazımi göstərişlər verdi. Ulu Öndər Heydər Əliyevin uğurlu inkişaf strategiyası Azərbaycanı məhv olmaqdan qurtardı. Ümummilli Liderin uzaq görən siyasəti nəticəsində 1995-ci ildə hüquqi dövlətin əsasını təşkil edən Konstitusiya qəbul olundu. Ötən illər ərzində Azərbaycan çox böyük iqtisadi inkişaf yolu keçib. Nəticə də dövlətimiz ərazi bütövlüyünü bərpa etmək üçün ölkə başçısı İlham Əliyevin doğru qərarı ilə 30 ilədək işğalda olan torpaqlarımız azad olundu. Məhz bu Heydər Əliyev siyasi kursunun davamı və uğurudur.
Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan vahid bütöv bir ölkəyə çevrildi. Hal-hazırda qədim tarixi torpaqlarımızda yaşayışın bərpası uğurlu iqtisadi inkişafın qurulması prosesləri davam etdirilir. Zəngəzur dəhlizinin açılması ilə atılan addımlar dinamik iqtisadi inkişafın yüksəldilməsinə xidmət edir. Eyni zamanda tarixi Azərbaycan torpaqlarının nəqliyyat kommunikasiya vasitələrinin birləşdirilməsinin əsasını təşkil edir. Prezident İlham Əliyevin apardığı siyasət Heydər Əliyevin kursunun uğurlu davamıdır. Xalqımız bu yolla daha yüksək zirvələri fəth edəcəyinə əmindir.