Milli mətbuatın fəaliyyəti hər kəsi maraqlandırır

Milli mətbuatın fəaliyyəti hər kəsi maraqlandırır
Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru

1875-ci ildə  xalqımız özünün ilk milli qəzetinin -”Əkinçi”qəzetinin əsasını qoydu. ”Əkinçi”qəzeti Həsən bəy Zərdabi başda olmaqla, bir çox XIX əsr ziyalılarının da köməyi ilə  işıq üzü görmüşdü.

XIX əsrdə Azərbaycan xalqı Çar Rusiyasının müstəmləkəsi altında idi. Məhz bu səbəbdən imperialist ölkə istəmirdi ki, işğal altında olan xalqlarda elm, maarif inkişaf etsin. Bunların içində mətbuat-qəzet ən önəmli yer tuturdu. Çünki mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır, onlar bütün məlumatları mətbuatdan alırlar.

Qəzet insanları həm maarifləndirirdi, həm də dünyada, ölkədə baş verənlər haqqında məlumat verirdi. Təəssüflər olsun ki, o dövrdə aparılan etnik, dini ayrı seçkilik Qafqaz xalqlarından, o cümlədən ən çox azərbaycanlılara şamil edilirdi. Milli məktəb olmaz, milli təhsil olmaz, milli mətbuat olmaz. Səbəb isə ancaq bir məsələ idi. Xalqın maariflənməsinin qarşısını almaq. Lakin Həsən bəy Zərdabi kimi maarifçilərin  təkidləri, eyni zamanda dövrün dəyişən qaydaları onların niyyətinin baş tutmasına imkan vermədi.

22 İyul 1875 ci ildə əsası qoyulan,  Azərbaycan dilində olan, xalq haqqında danışan “ Əkinçi” qəzetinin ilk nüsxəsi çap olundu. Əkinçi XIX əsrdən XXI əsrə gələn bir işıq oldu. 22 İyul tarixini  Azərbaycan xalqının bir millət olaraq formalaşmasında atdığı növbəti addımlardan biri kimi də dəyərləndirmək olar. Düzdür, “Əkinçi” qəzetinin  fəaliyyəti çox az oldu. Lakin artıq təməl qoyulduğundan onu başqa qəzetlər əvəz etdi.

1991-ci ildə ölkəmiz yenidən müstəqillik əldə etdi. Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasətdə mətbuatın da önəmli yeri vardı. Məhz onun hakimiyyəti illərində çoxlu sayda müstəqil qəzet və televiziya kanalları açıldı.

Prezident İlham Əliyev də həmişə Azərbaycanda mətbuatın sərbəst fəaliyyət göstərdiyini vurğulayır. Azərbaycan mətbuatının yüksək səviyyəyə qalxdığını deyir. Vətən müharibəsi dövründə, İlham Əliyev həm yerli, həm də xarici jurnalistlərdən ibarət bir çox press konfranslar keçirmişdir. Konfransda iştirak edən jurnalistlər, heç kimdən çəkinmədən, cənab İlham Əliyevə suallarını ünvanlayırdılar. Hətta, bəzən İlham Əliyev xarici jurnalistlərin qərəzli fikirlərini dinləyib, öz qətiyyətli cavabları ilə onları susdururdu.

Cənab İlham Əliyev daima öz fikirlərini belə ifadə edirdi ki, Azərbaycan milli mətbuatı “Əkinçi”dən başlayaraq, bu günə qədər mövcuddur. Milli mətbuatımız bizim beynəlxalq aləmdə təmsilçimizdir və daima milli maraqları qorumalıdır.