YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında təbliğat və maarifləndirici iclaslar keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında təbliğat və maarifləndirici iclaslar keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 39 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun, məsləhətçilər Kürsüm Həsənova və Nərgiz Çıraqovanın  iştirakı ilə iclas keçirilmişdir.

ƏPT-nin sədri Xuraman Eyvazova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-də uçot işinin daha da təkmilləşdirilməsi və  partiya üzvləri arasında ideoloji təbliğatın aparılması məsələsi nəzərdə tutulmuşdur.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Bülbülə  qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 39 ünvanında yerləşən ərazi partiya təşkilatında uçot işinin təkmilləşdirilməsi məqsədilə hər rüb ərzində 1 dəfədən az olmamaq şərtilə bütün üzvlərin uçot qeydiyyatı bir daha dəqiqləşdirilməli, yeni üzvlərin, işdən azad olunanların, iş yerini dəyişənlərin, təqaüdə çıxanların, vəfat edənlərin, xaricə köçənlərin, partiyalılığını dəyişənlərin və partiya üzvlüyündən azad olunanların uçot qeydiyyatları operativ şəkildə aparılmalı və yerli təşkilata məlumatlar ötürülməlidir. Eyni zamanda hər bir YAP üzvü tərəfindən Azərbaycan cəmiyyətində baş verən hadisələrə, ictimai-siyasi proseslərə öz münasibətlərini bildirərək müntəzəm olaraq ölkəmizin inkişafı və uğurları barədə KİV-lərdə və sosial şəbəkələrdə aktivliyinin təmin olunması və çıxışların edilməsi, müxtəlif mövzularda fikir mübadiləsinin aparılmasının labüdlüyü vurğulanmışdır.

Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır/