Məhz bu günlərdə Türkiyə Prezidentinin Azərbaycana səfəri mühüm məna kəsb edir
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, politoloq
Naxçıvan Muxtar Respublikası 09.02.1924-cü ildə yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ermənistan, Türkiyə və İran sərhəddi arasında yerləşir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq dünya mədəniyyətinə töhvələr verməkdə davam edir. Azərbaycanın tarixində və bugünün də Naxçıvanın əhəmiyyəti böyükdür.
Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasında səfərdədir. Bu, tarixi əhəmiyyətli hadisədir. Məhz bu günlərdə Türkiyə Prezidentinin Azərbaycana səfərinin mühüm mənası var.
Artıq İğdır – Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirildi. Qarabağda antiterror tədbirlərinin aparıldığı bir vaxtda Rəcəb Tayyib Ərdoğan BMT tribunasından Azərbaycanı dəstəklədiyini, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha bəyan etdi. Prezident Ərdoğanın Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış etməsi və bu gün Naxçıvana səfəri dövlətimizin gücünə güc qatır, düşmənləri isə məyus edir. Qardaş Türkiyə dövləti ilə bütün sahələrdə əməkdaşlıq özünün ən yüksək pilləsindədir.