Laçının tezliklə müasir standartlara uyğun şəkildə qurulub başa çatdırılması nəzərdə tutulur
Zərxanım Zülfüqarova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Bildiyimiz kimi 26 avqust Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür. Məhz 26- avquat 2022-ci ildə Azərbaycan ordusu Laçın şəhərində daimi yerləşdi. Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndələri nəzarətə götürülüb. Üçtərəfli bəyanata əsasən Laçın rayonu 2020-il dekabrın 1-də Azərbaycana təhvil verildi. Qeyd edək ki, Müzəfər Ali Baş Komandan İlham Əliyevin əvvələr də azad olunmuş Laçına səfərləri olmuşdur. Belə ki, 14.02.2021-ci ildəki səfəri zamanı Güləbird kəndində Azərbaycan bayrağı uçaldılmış, su elektirik stansiyasının açılışı olumuşdu. 16.08.2021-ci ildə Laçın Beynəlxalq Hava limanının təməlqoyma mərasimi, 26.06.2022-ci il tarixdə Kəlbəcər–Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq, Həkəriçay su anbarı layihəsi ilə tanışlıq. Bu səfərlərin sayını artırmaq da olar. Bu səfərlərin hamısında əsas məqsəd işğaldan azad olunmuş Laçında görülən abadlıq, yenidənqurma işləri ilə tanışlıq,düşmənin dağıdıb, capıb-taladığı Laçının tezliklə müasir standartlara uyğun şəkildə qurulub başa çatdırılması nəzərdə tutulurdu.
Ən uğurlu səfərlərdən biri Prezindent və birinci xanım Mehriban Əliyevanın avqustun 26 –da Laçın şəhərində Həkəriçayının sahilində keçirilən “Laçın şəhəri –günü “bayram tədbirində iştirakı oldu. Dövlətimizin başçısı tədbirdə çıxış edib. O, ilk növbədə laçınlıları şəhər günü münasibətilə,d aha sonra isə onların uzun həsrətdən sonra öz doğma yurd-yuvalarına, isti ocaqlarına qayıtmaları münasibətilə də təbrik edib
Prezidentimiz Laçının işğala məruz qalmasını böyük faciə adlandırıb. Həm laçınlılar, həm də bütün Azərbaycan üçün. Bu gün biz həm Şuşada,həm Laçında toy bayram edirik. İndi biz Laçını qurub-yaradırıq. Dövlətimizin başçısı çıxışında ötən illərə də nəzər salaraq qeyd edib ki,mən Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi. Şəhər demək olar ki,dağılmış vəziyyətdə idi.Bildiyimiz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məzkunlaşma aparırdı.Əfsuzlar olsun ki,beynəlxalq təşkilatlar, Ermənistanın havadaları buna göz yumurdular. Bu onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki,bu torpaq əbədi işğal altında qalmalıdır.
Ancaq bu gün biz bütün dünyaya sübut etmişik ki,heç kim bizim iradəmizə təsir edə bilməz.Bunu biz müharibə dövründə göstərmişik. 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək,bayrağımızı qaldıraraq göstərmişik. Çünki biz qurub yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub yaratmaq xalqımızın həm istedadını ,həm iradəsini göstərir və eyni zamanda onu göstərir ki, bu torpaqların sahibləri bizik.
Yaşasın Laçın ! Yaşasın Azərbaycan!