Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Bildiyimiz kimi Laçın şəhəri, 30 ildən çox düşmən tapdağında qalan torpaqlarımızdan biri olub. 1992-ci ildən əsarətdə olan torpağımız 2020-ci ildə Rəşadətli Azərbaycan Ordusu tərəfindən erməni daşnaklarından azad edildi. Torpaqlarımızın azadlığı Ali Baş Komandanın əzimli siyasəti nəticəsində baş tutdu. Bu qələbədən sonra xalqımızın özünə inamı daha da artdı.
İnkişaf etməkdə olan Azərbaycan xalqının gücü və dünya dövlətlərinə inteqrasiyası durmadan irəliləməyə başladı. Azad olunmuş torpaqlarımız yaşamaq şəraitində olan bir vəziyyətdə deyilidi. Yağı düşmən vətənimizin gözəl güşələrini viran edib, xaraba qoymuşdurlar. Cənab Prezidentimizin təşəbbüsü ilə bu ərazilərdə yenidənqurma işləri aparılır və abadlaşdırılır. Abadlıq işlərindən sonra illərdir vətən həsrəti çəkən vətəndaşlarımız indi rahat bir şəkildə öz ata-baba yurdlarına geri qayıdırlar. Bu xalqımız üçün sevincli və qürurverici bir hadisədir.
Qələbəni əldə etmək Azərbaycan xalqı üçün asan olmadı. Bu yolda bizim çoxlu şəhidlərimiz və qazilərim oldu. Biz onlarla fəxr edirik. Azərbaycan son illərdə bütün sahələrdə özünün yüksək inkişafını yaşayır. Bunu xarici ölkələrin dövlətimizə olan marağından görmək olur.
Oktyabrın 8-də Prezident cənab İlham Əliyevin Moskvada MDB Dövlət Başçıları ilə görüşü keçirilib. Dövlət başçımızın beynəlxalq platformada çıxışı xalqımız üçün önəmli əlamətdir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhəri 2025-ci ildə MDB -nin mədəniyyət paytaxtı elan edilib. Bu yenidən bərqarər olan Laçın və laçınlılar üçün təqdirəlayiq bir işdir. Çıxışında
Prezident İlham Əliyev bu məsələ ilə bağlı fikrini belə izah edib: “Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
Bundan başqa Şurada növbəti il üçün III MDB Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar verilib. Həmçinin Gəncə şəhəri 2025-ci ildə idman paytaxtına çevriləcək. MDB dövlət başçılarının Zirvə görüşündə COP29-un ölkəmizdə keçirilməsinə bir daha dəstək ifadə olunub.
Biz əminik ki, gələn turistlər Azərbaycanın gözəlliyinə və xalqımızın qonaqsevərliyinə bir daha əmin olacaqlar.