Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru
Dövlət başçısının səfərləri, onun Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişatını daim diqqətdə saxlaması, həmçinin bütün dünyaya da açıq mesaj rolunu oynayır. Azərbaycan xalqının və onun liderinin qurucu olduğunu bütün dünya görür. Bu işlər kimin kim olduğunu da əyani şəkildə dünyaya göstərir. Bu mənada Prezident İlham Əliyevin "Sanki bu yerlərdən vəhşi bir qəbilə gəlib keçib, hər şeyi yıxıb, dağıdıb, məhv ediblər" - məşhur ifadəsi bu gün tam yerinə düşür. O yerləri 30 il ərzində bərbad hala salmış erməni xalqı ilə bu torpaqları işğaldan sonra yenidən quran Azərbaycan xalqını müqayisə etmək istəyənlər qoy dönüb Şuşaya, Ağalıya, cənnətə dönən Laçına... baxsınlar. Çəkilən yollara, salınan körpülərə, tikilən su elektrik stansiyalarına, daha nələrə, nələrə baxıb gözlərinə su versinlər. Dağıdıb tökmək, insanları qətlə yetirmək, təbiətin köksünü yaralamaq, axan bulaqları qurutmaq və s. kimi qeyri-insani hərəkətlər heç kəsə başucalığı gətirmir. Bunu törədənlər bir gün qanun qarşısında cavab verməli olacaqlar, necə ki, verirlər... Çünki örkən nə qədər uzun olsa da bir gün gəlib doğanaqdan keçir.
Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər.
Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasındadır.
Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi. Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. Əhali, əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıqla məşğul idi.
Azərbaycan mənbələrinə görə, 1980-ci illərin sonunda rayonda cəmi üç erməni yaşayıb, başqa mənbələrdə isə 1970-ci illərdə bu say 34 nəfər kimi göstərilir. Birinci Qarabağ müharibəsində Laçın şəhəri işğal edilmiş, şəhərin azərbaycanlı və kürd əhalisi evlərindən didərgin edilmişdir. İşğal dövründə şəhərə ermənilər köçürülmüşdür. İki il əvvəl olduğu kimi bu gün də hər bir laçınlı rayonun işğaldan azad edilməsi ilə bağlı ölkə Prezidenti, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin iki il əvvəl söylədiyi tarixi nitqinin: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” sevinc dolu təəssüratı ilə yaşayırlar.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3-4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Dövlət başçısının səfərləri, onun Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişatını daim diqqətdə saxlaması, həmçinin bütün dünyaya da açıq mesaj rolunu oynayır. Azərbaycan xalqının və onun liderinin qurucu olduğunu bütün dünya görür. Bu işlər kimin kim olduğunu da əyani şəkildə dünyaya göstərir. Bu mənada Prezident İlham Əliyevin "Sanki bu yerlərdən vəhşi bir qəbilə gəlib keçib, hər şeyi yıxıb, dağıdıb, məhv ediblər" - məşhur ifadəsi bu gün tam yerinə düşür. O yerləri 30 il ərzində bərbad hala salmış erməni xalqı ilə bu torpaqları işğaldan sonra yenidən quran Azərbaycan xalqını müqayisə etmək istəyənlər qoy dönüb Şuşaya, Ağalıya, cənnətə dönən Laçına... baxsınlar. Çəkilən yollara, salınan körpülərə, tikilən su elektrik stansiyalarına, daha nələrə, nələrə baxıb gözlərinə su versinlər. Dağıdıb tökmək, insanları qətlə yetirmək, təbiətin köksünü yaralamaq, axan bulaqları qurutmaq və s. kimi qeyri-insani hərəkətlər heç kəsə başucalığı gətirmir. Bunu törədənlər bir gün qanun qarşısında cavab verməli olacaqlar, necə ki, verirlər... Çünki örkən nə qədər uzun olsa da bir gün gəlib doğanaqdan keçir...