Ruzilə Möhbalıyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 208 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı
Cənab Prezident öz çıxışı zamanı 28 il işğal altında olan ölkəmizin ən böyük rayonlarından olan Laçın rayonunun çox böyük potensialı olduğunu vurğulamışdır. İşğal dövründə Ermənistan tərəfindən rayonun bütün infrastrukturu məhv edilsə də, ətraf mühitə böyük ziyan vurulsa da artıq bu ilin sonuna keçmiş məcburi köçkünlər doğma diyara-Laçın rayonuna yenidən qayıdacaq, onların rahat yaşamaları təmin edəcəkdir. 2400 insan Güləbird kəndində, 1300 insan isə Qorçu kəndində yerləşməsi nəzərdə tutulur. Belə ki, Laçın rayonuna bu il və növbəti il təqribən 10 minə yaxın, bəlkə də daha çox keçmiş məcburi köçkün yerləşdirəcəkdir.
Laçın şəhərinin həm döyüş meydanında, həm də siyasi yollarla azad olunması, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi, Ermənistan dövlətinin kapitulyasiyası bizim böyük tarixi zəfərimizdir. Bu şanlı zəfər bizim sübutumuzdur. Məhz buna görə də Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Bunu İkinci Qarabağ müharibəsində Ermənistana və Ermənistanın himayədarlarına sübut etmişik.
Bizim əsas məqsədimiz Laçın rayonunun təhlükəsizliyinin qorunması və oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılmasıdır. Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işlərinin tamamlanmaq üzrə olması, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası və hərbi mövqelərə gedən yolların salınması rayonda gedən yenidənqurma işlərinin bir hissəsidir. Azərbaycan-Ermənistan sərhədi istiqamətində əlverişli mövqelərə sahib olmaq bizi gücləndirir, eləcə də Laçın rayonunun təhlükəsizliyinin təmin olunmasına şərait yaradılmış olur.
Uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmayan Laçın rayonunda Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək beynəlxalq hava limanı inşa edilir. Həmçinin, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid də inşa ediləcək.
Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
Bütövlükdə ölkəmizin eləcə də, azad edilmiş ərazilərin hərtərəfli inkişafına böyük töhfə verəcək yeni idarəetmə üsulu tətbiq edilməlidir.