Kəlbəcər sözünün mənası çay üstündə qala deməkdir
Aynur Allahyarova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayon 24 nömrəli Şəhər Poliklinikasının komputer operatoru
Dilbər guşələrimizdən biri olan Kəlbəcər qədim tarixi məskənlərimizdən birirdir. “Kəlbəcər” toponiminin kökü qədim türk dilində “ Kevilçer” kimi qəbul edilib,mənası “ çay üstündə qala” deməkdir. Çay boyu düzülən qədim mağaraların çoxluğuna görə bu adın verildiyi güman edilir.Kəlbəcərdə aparılan arxeoloji tədqiqatlar sübut edir ki,bu torpaqların 4 milyondan artıq tarixi var.
Qürurumuz olan qədim tarixi olan məskənimizdə alban dövrünə aid xeyli sayda məbədlər, vaxti ilə tədqiqatlar zamanı aşkar olunmuş kurqanlar,abidələr,qiymətli tapıntılar erməni vandalları tərəfindən işğaldan sonra məhv edilmiş, talanmışdır. Kəlbəcər 1993-cü il aprel ayının 3-dən erməni təcavüzkarları tərəfindən işğal edilib. Çətin relyefli qədim torpağımızın müdafiəsində gedən çox gərgin döyüşlərdə xeyli sayda şəhid qurban verilərək 60 minlik Kəlbəcər əhalisi təxliyyə olunmuşdur.
Bu gözəl qədim tarixi olan torpaqlarımız 30 il mənfur ,xəyanətkar, və zülmkar erməni işğalı altında qaldı.Bu illər ərzində vəhşicəsinə talan oldu, sərvəti daşındı. Torpağının altıda üstüdə qızıl olan Kəlbəcər 15.11.2020-ci ildə Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun mərd igidlərimizin şücaəti sayəsində işğaldan azad edildi.
Erməni işğalçıları oranı tərk etmək üçün 10 gün möhlət istədi. Çətin relyefi, hava şəraitini nəzərə alaraq dövlətimiz humanistlik edərək bu möhləti verdi.Lakin mənfur ermənilər bu torpaqları talayaraq, meşələri yanğına verərək tərk etdilər. 25.11.2022-ci ildə qalib ordumuz Kəlbəcərə daxil oldu. Bu xoş günləri,bu duyğuları qürurverici anları Azərbaycan xalqına bəxş edən Ali Baş Komandana və onun timsalında Şanlı Azərbaycan Ordusuna dərin minnətdarlıq hissi ilə eşq olsun!
Qarabağ Azərbaycandır!