Kəlbəcər rayonu əsl təbiət muzeyidir
Emil Quliyev
Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Qədim mağaraları, otuz mindən artıq bulağı, mineral suları, gözəl meşələri, uzun aşırımları və dağ yamacları olan Kəlbəcər rayonu əsl təbiət muzeyidir. Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altında olmuş və nəticədə dinc əhaliyə vəhşicəsinə divan tutularaq, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır. Bir sözlə rəsmi İrəvan hərbi cinayətkardır.
BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə əsasən işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə bu vicdansızlığa göz yumdular. Lakin İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffət Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti nəticəsində Kəlbəcər rayonu Azərbaycan Silahlı qüvvələri tərəfindən bir güllə belə atılmadan işğalçılardan azad olundu. Hal-hazırda Azərbaycanın tarixi ərazilərindən biri Kəlbəcər rayonu iki ildir ki, azaddır.
Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun müxtəlif sahələri əhatə edən yeni inkişaf dövrü başladı. Avtomobil yolları, 10-dan çox tunel inşa olunmuş, yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi nəzərdə tutulmuşdur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilmişdir. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Kəlbəcər rayonunda geniş miqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Kəlbəcər rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur və bütün keçmiş məcburi köçkünlər o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffət Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir və bir daha “ Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman Azərbaycan torpağı olub- işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də Qarabağ Azərbaycandır! “ bir daha vurğulamışdır.
: .