Kəlbəcərdə olan tarixi abidələr, yaşayış yerləri, ərazilər, meşələr dağıdılıb və yandırılmışdır
Solmaz Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 280 saylı körpələr evi və uşaq bağçasının müdiri
Kəlbəcər rayonu – Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.Kəlbəcər 8 avqust 1930 –cu ildə inzibati rayon statusu almışdır. 1993 – cü il aprelin 3-də Ermənistan Respublikası silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020 – ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan silahlı Qüvvələrinə təhvil verilmişdir.
“Kəlbəcər” topaniminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.Yaşayış məntəqəsinin yerləşdiyi qaydada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur.Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir.Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanlar yaşamışdır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeolaji tədqiqatlar sübut edir ki,ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Həmçinin Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun sayəsində Düşmən məğlub olaraq 3 tərəfli bəyanətə əsasında 25 noyabr Azərbaycan silahlı Qüvvələrinə təhvil verilmişdir. Düşmən tapdağı olduğu müddətdə Kəlbəcərdə olan tarixi abidələr, yaşayış yerləri, ərazilər, meşələr dağıdılıb və yandırılmışdır.
Düşmənlə döyüşdə 450 nəfərdən çox döyüşçü itki verilmiş ailəsinin hamısı Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayırlar. İşğaldan azad olunduqdan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev 16.08.2021 – ci il tarixdə səfər etmiş Ömər Aşrım ilə tanışlıq, Toğanalı –Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq. 11,6 km uzunluğunda tünelin təməlqoyma mərasimi, “Kəlbəcər -1” Kiçik su Elektirik Stansiyasında aparılan yenidən qurma işləri ilə tanışlıq, Kəlbəcər –Laçın avtomobil yolu üzərində tikiləcək tünelin təməlqoyma mərasimində, Kəlbəcərdə arıçılarla görüş, Dövlət bayrağının ucaldılması, Dağılmış “İstisu” Sanatoriyasına baxış keçirmişdir. Vətən müharibəsi və Kəlbəcərin işğaldan azad olunması Kəlbəcərin yenidən qurulmasına və inkişafına təkan verdi.
Kəlbəcərdə düşmən tərəfindən istismar olan istisu, qızıl mədənləri, bir çox faydalı metal yataqları bərpa olunur. İlham Əliyev 26.06.2022 –ci ildə Kəlbəcərə növbəti səfəri olmuş həmin müddətdə Su Eliktrik Stansiyasının açılışı hərbi-hissənin açılışı, Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi,“İstisu” mineral su zavodunun təməlqoyma mərasimi keçirilmişdir. 27.05.2023 –cü ildə isə İlham Əliyevin səfəri zamanı Kəlbəcər rayonunda “Qumışlı”,“Meydan” kiçik su elektirik stansiyalarının açılışında iştirak etmiş bir çox hərbi hospitalın açılışında olmuşdur.
25 noyabr hər il Kəlbəcər şəhəri günü elan edilməsi və yenidən əhalinin məskunlaşması göstəriş etmişdir.