İtirilmiş əraziləri geri qaytaran lider – İlham Əliyev!
Cəlaləddin Əhmədov
Əmircan bələdiyyəsi, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT -nin sədri
Cənab İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində 86,03 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, müdrik seçim etmişdir. Bu seçim cənab İlham Əliyevdir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.
2018-ci ilin mayında Naxçıvan MR-nin 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi.,dövlət sərhəddi boyunca əlverişli yüksəkliklər azad olunub. Prezidentimizin sayəsində Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb. Bu uğurlu siyasətin nəticəsidir ki, sentyabrın 27-də başlanmış İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə başa çatdı Rəşadətli ordumuz cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu.
Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Xocalı, Laçın, rayonlarının kəndlərinin və mədəniyyət beşiyimiz Şuşamızın azad olunması, Xudafərində bayrağımızın ucaldılması tarixə düşdü. 44 günlük Zəfər yolumuz Cənab İlham Əliyevin adını tarixə itirilmiş əraziləri geri qaytaran lider kimi yazdı. Azərbaycan Prezidenti islahatların əsas strategiyasının ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəldiyini bildirmiş, bu məqsədlə cəmiyyətin bütün sahələrində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilib.