İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda birgə əməkdaşlıq həyata keçirir
Təranə Ağayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 24 saylı şəhər poliklinikasının tibb bacısı
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır. Xüsusilə Ermənistanın üzərindəki Qələbəmizdən sonra ölkəmizin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, reytinqi yüksəlmişdir.
Bir neçə gün əvvəl İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxlaq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Bu, diplomatik əlaqələr tarixi boyunca İraq prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda birgə əməkdaşlıq həyata keçirir və həmrəylik nümayiş etdirir. Görüşdə iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan-İraq əməkdaşlığının daha da möhkəmləndirilməsindən, əlaqələrin genişləndirilməsindən xəbər verir.
Dövlətimizin başçısını Azərbaycanda sülh və sabitliyə nail olması münasibəti ilə təbrik edən Əbdüllətif Camal Rəşid deyib: "Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti dünyaya nümunədir. Xalqımız müasir dövrümüzün ən görkəmli liderlərindən biri olan, beynəlxalq arenada milli maraqlarımızı qətiyyətlə müdafiə edən Prezidenti ilə qürur duyur.
Biz, Prezidentimizlə fəxr edirik!