İran İslam rejimi : riyakər qonşu və saxta islamçı

İran İslam rejimi : riyakər qonşu və saxta islamçı

Bəhlul Məmmədov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxannı rayonu 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi

Təbriz tarixi Azərbaycan torpaqlarının paytaxtıdır, İranda yaşayan azərbaycanlı əhalinin yarıdan çoxu Təbriz və ətrafında yaşayır. İsfahan isə farsların beşiyi sayılır. Həmin o farsların ki, onlar ölkə əhalisinin aşağı-yuxarı üçdə-birini təşkil edir. Amma di gəl İsfahana da bax, Təbrizə də. Təbriz istər infrastruktur baxımından, istərsə də şəhərin inkişafı baxımından İsfahanın ruhsuz kölgəsinə belə bənzəmir. Bu sadəcə bir xırda misaldır.  İran əhalisinin yarıdan çoxunu təşkil edən azərbaycanlıların ana dilində təhsildən məhrum edilməsi, dövlət qurumlarında yüksək vəzifələrə təyin edilməməsi və ümumiyyətlə bir çərçivəyə sıxışdırılması cəhdləri yalnız və yalnız qorxudan irəli gəlir.

Bu gün İslam rejimi bir nömrəli düşmənləri kimi, İsrail və ABŞ-ı elan etsələr də əsas qorxuları onlarla bağlı deyil. Vətəndaşların iradəsinə söykənməyən rejimin ən böyük qorxusu elə ölkə əhalisindəndir. O əhalidən ki, müxtəlif qiymətləndirmələrə görə 35 milyonunu azərbaycanlılar təşkil edir. Əslində, bu rəqəm daha çoxdur. Çünki 35 milyon rəqəmi hələ 2000-ci ilin əvvələrində səsləndirilirdi. 20 İl ərzində sözsüz ki, 35 milyon artıq 40-a çatıb, bəlkə də daha artıq olub. Və əgər bir anda İran əhalisinin yarıdan çoxu ayağa qalxıb ölkə rəhbərliyinə öz etirazını bildirərsə, burada hətta Islam inqlabı keşikçiləri belə heç nə edə bilməz. Məhz bunu İranın bugünkü rəhbərliyi çox yaxşı bilir.

İran rəhbərliyinin Azərbaycan və azərbaycanlılara qarşı nədən formalaşdırıldığını müəyyən edir. İndi gəlin onların etdiklərinə baxaq.  Azərbaycan bu gün regionda heç bir ölkənin bacarmadığı inkişaf dövrünü yaşayır. Torpaqlarını işğaldan azad edib, onları bərpa edir, Neft və Qazını qərbə rahatlıqla ixrac edir, ən müasir texnologiyalara əli çatır, hətta kosmosa bela peyk göndərir, beynəlxalq müstəvidə səsi eşidilir, qərb diplomatları xahiş və məsləhətlər üçün Bakıya gəlir. Dost və qardaş, Azərbaycanın bu cür uğurlarına yalnız sevinər, necə ki, qardaş Türkiyə   sevincimizi də, kədərimizi də bizimlə bölüşür. Bəs İran necə? Özünü bizim dostumuz, hətta din qardaşımız adlandıran bu ölkənin rəhbərliyi, Xocalıda yüzlərlə qadını, müsəlman qadınını, uşağı,  müslman qocanı öldürən, hamilələrin qarnını yırtan erməniləri kiçik bacı elan edib, qucaq açır.

Əgər Ermənistanın bir ölkə kimi İrana xeyiri dəysəydi, sanksiylardan yayınmaqda, iqtisadiyyatın dirçəlməsində İrəvan Tehran üçün yararlı olsaydı, bu saxta bacılığı bəlkə də hardasa anlamaq olardı. Lakin bu gün Ermənistan İrana  heç nə vermək gücündə deyil, yalnız rəsmi Bakını qicıqlandırmaq imkanından başqa. Əgər belə olmasaydı Türkiyə prezidenti cənab  Rəcəb Təyyib Ərdoğan Zəngilanda yeni hava limanının açılışında iştirak etdiyi bir zamanda mollalar tez tələsik Qafana gedib,  tövlənin üzərinə İran islam respublikasının Baş konsulluğu yazıb, qırmızı lenti kəsməzdilər. Ayıbdır, Vallah ayıbdır. Biz bir yana, heç olmasa öz diplomatiyanıza hörmət edib tövləni Baş konsulluq adlandırmazdız gərək.

Hə, birdə Azəbaycanla sərhəddə tez tələsik hərbi təlimlər də keçirməyə cəhd göstərdi, cənub qonşumuz. Bəli məhz cəhd  göstərdi. Şah dövründən qalmış sınıq-salxaq hərbi texnika və peşəkarlığı 11-ci sinif şagirdlərinin İlkin hərbi hazırlıq dərsəlirindəki bilikələrindən üzağa getməyən hərbçilərlə keçirilən təlimləri yalnız və yalnız cəhd adlandırmaq olar.  

Xomeyni aşiqləri həmişə Azərbaycanı İsraillə dost və tərəfdaşlıqda günahlandırıb. Amma və lakin! Azərbaycan cənub qonşusuna sayğısından dolayı hələ yenicə İsraildə səfirlik açmağa qərar verib. Bu qərar da İranın bizə qarşı açıq düşmənçilik nümayiş etdirməsindən sonra verilib. İran isə elə əzəldən Ermənistanda səfirlik da açıb, hələ üsətlik Qafanda tövləyə bənzər konsulluq da. İsrail-İran arasında sırf dini baxımdan yaranan gərginlikdən başqa problem yoxdur. Bəyəm, İsrail İran ərazisini işğal edib? Yoxsa İranlılara qarşı soyqırım törədib? Yox. Amma ermənilər Azərbaycan ərazilərini işğal da etmişdi soyqırım da törətmişdi.  II Qarabağ müharibəsi dövründə Azərbaycanın yanında Türkiyə ilə yanaşı kim oldu? Bəli, İsrail. İran kimin yanında idi? Bacısı Ermənistanın. Sözün düzü İran elə  orada, Ermənistanın yanında qalsa yaxşıdır.