İLHAM ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN
YAP Suraxanı Rayon Təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və onun siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir Azərbaycanın inkişafını təmin etməkdir. Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ulu Öndərin siyasətini uğurla davam etdirən İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şəxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən qeyri-neft kənar sahələrinə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşısına mühüm vəzifə qoymuşdur. Dövlət başçısı bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul etdi.
Azərbaycanda bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşdı. Həyata keçirilən davamlı islahatlar sayəsində ölkəmiz ötən müddət ərzində müstəqilliyimizin təmin olunması yolunda inamlı və iri addımlar atdı. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin güclındirilməsinə töhfə vermək üçün ölkəmiz 2011- ci ildə Qoşulmama Hərəkatına qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı,2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2020-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci "Zirvə" toplantısında möhtərəm Prezident İlham Əliyev geniş məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycan sədrliyin prioritetlərini və fəaliyyətini "Banduq prinsipləri"nə əsasən quracaq, ədalətli və beynəxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir.
Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə müdaxilə cəhdləri effektiv şəkildə neytrallaşdırır. Dünya 2020-ci ilin əvvəllərində "COVİD-19" pandemiyası ilə mübarizə apardığı dövrdə Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üzrə bir sıra təşəbbüslər irəli sürdü. Koronavirusa qarşı mübarizəni dəstəkləyərək 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərdi, təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etdi.
Beynəlxalq münasibətlərdə ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüquq normalarını və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində torpaqlarımızı işğal altında saxladı, soydaşlarımıza qarşı etnik təmizləmə həyata keçirdi. Cəzasızlıqdan həvəslənən Ermənistan dövlət sərhəddini və keçmiş təmas xəttini dəfələrlə pozaraq təxribatlara əl atdı. Ermənilərin 2020-ci il sentyabrın 27-də növbəti təxribatının Şanlı Ordumuz tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş "Dəmir yumruq" əks-hücum əməliyyat tədbirləri zamanı qarşısı alındı və torpaqlarımız işğaldan azad edildi.
44 günlük "Vətən Müharibəsinin nəticəsində məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. 30 illik münaqişəyə son qoyuldu və tarixi ədalət bərpa olundu. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Bu gün Azərbaycanın müsbət beynəxalq imici var, Ölkəmizin nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətlındirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ölkımiz uğurla inkişaf edir, daxili siyasi sabitliyini daha da möhkəmləndirir.