İdman sahəsinə göstərilən dövlət dəstəyi nəticəsində qazandığımız uğurlar

İdman sahəsinə göstərilən dövlət dəstəyi nəticəsində qazandığımız uğurlar

Dadaş Baba-zadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru

Yola saldığımız 2022-ci il bir çox hadisələrlə yaddaşlarda qalacaq. Bunlardan ən önəmlisi dövlətin böyük dəstək göstərdiyi idman sahəsidir. Bəli, qazandığımız uğurların təməlində səmərəli, uzaqgörən bir siyasət durur ki, biz bunu nəinki idman sahəsində, eləcə də iqtisadi inkişaf, təhsil sahəsində aparılan islahatlar, işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq işlərinin aparılmasında açıq aydın görürük.

Yanvarın 9-da Dövlət başçısı İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirində çıxışı zamanı qeyd etmişdir ki, ötən il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. 2022-ci il üçün qarşıya qoyulan bütün vəzifələr icra edilmişdir. İdmançılarımızın qazandığı  qələbələr, eləcə də ölkəmizdə keçirilən beynəlxalq yarışlar ölkəmizin  bir daha idman ölkəsi olduğunu sübut edir.

İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı 800 dən çox medal qazanmasını  (onlardan 300-ə yaxını qızıldır.) Böyük nəaliyyət adlandıran Cənab Prezident İlham Əliyev dünyada rəqabətin artdığı bir dönəmdə belə uğurun qazanılması heç də asan məsələ olmadığını qeyd etdi.

V İslam Həmrəyliyi Oyunlarından söz açan Cənab Prezident 4-cu yerə layiq görülnəyimizi böyük nəaliyyət adlandırdı. Çünki həmin yarışda rəqabət böyükdür. İdman səhnəsinə göstərilən dövlət dəstəyinin bu il də davam etdiriləcəyini xüsusi vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Gənclər və İdman naziri qarşısına qoyulan vəzifələrdən biri də o idi ki, bölgələrdə idman inkişaf etsin.

İdman hər bir ölkəni beynəlxalq aləmdə tanıdan, ictimai həyatında mühüm yer tutan bir sahədir. Bu gün ölkəmizdə həm böyük şəhərlərdə, həm də bölgələrdə idmanla məşğul olmaq üçün lazımi şərait yaradılmışdır. Cənab Prezident hesab edir ki, bölgələrdə idman daha geniş yayılmalıdır. Bunun üçün də insanların həm sağlamlığını, həm də asudə vaxtının təşkilini nəzərə alaraq açıq havada geniş idman meydançaları teskil olunmalıdır.

Azad olunmuş torpaqlarda idmanın inkişafıəsələsinə toxunan Cənab Prezident bütün şəhərlərin baş planlarında idman obyektlərinin yaradılması nəzərdə tutulduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Bu gün qürur hissi ilə qeyd edə bilirik ki, Azərbaycan güclü idman ölkəsinə çevrilmişdir. Ölkəmizdə təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasətin nəticəsi olaraq əmin amanliq, firavanlıq dövrünü yaşayırıq. Ağdamda, Şuşada yaradılacaq,bərpa olunacaq stadionlar, idman kompleksləri ölkəmizin idman sahəsində uğurlarını daha da genişləndirəcək. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməlinin qoyulması milli adət ənənələrimiz, müasirlik və tarixilik bir-birinin vəhdəti olaraq bizi inkişafa doğru aparacaqdır.

Ali Baş Komandan İlham Əliyev bir daha təqdirə layiq uğurlu siyasətiylə hər zaman xalqının yanında olduğunu bir daha sübut edir. Hər sahəyə xüsusi diqqət və qayğıya yanaşmasının nəticəsində ölkəmiz gündən-günə güclənərək inkişaf edir.

Yaşasın müstəqil Azərbaycan!

Var olsun Müzəffər Ali Baş Komandan İlham Əliyev!