Hər bir Azərbaycan gənci idmanla məşğul olmalıdır

Hər bir Azərbaycan gənci idmanla məşğul olmalıdır

Hüseyn Abbaslı

YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

Azərbaycanın müasir dövlətçilik tarixində idman hər zaman milli qürur, fiziki sağlamlıq və beynəlxalq nüfuzun vəhdəti kimi çıxış etmişdir. 2025-ci ilin idman yekunları bu sahədəki inkişafın sadəcə təsadüfi uğurlar deyil, onilliklər boyu hesablanmış strateji kursun nəticəsi olduğunu bir daha sübut etdi. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kurs, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu güclü dövlət ideologiyasına söykənərək, Azərbaycanı dünyanın ən dinamik idman mərkəzlərindən birinə çevirmişdir. Bu, Ulu Öndər Heydər Əliyevin "Hər bir Azərbaycan gənci idmanla məşğul olmalıdır" vəsiyyətinin tam gerçəkləşməsidir. 46 kompleks təkcə bina deyil, həm də minlərlə gəncin sağlam həyat tərzinə cəlb olunması, regionlarda sosial canlanmanın yaradılması və yeni çempionların mənbəyidir.

Bakıda ilk kez keçirilən UFC turniri və ənənəvi Formula 1 yarışı isə ölkəmizin həm də böyük idman sənayesinin mərkəzinə çevrildiyini sübut etdi. Formula 1-in gətirdiyi 20 faizlik turist artımı və yarım milyardlıq auditoriya Azərbaycanın iqtisadi və turizm potensialını bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan artıq qış idman növləri üzrə də dünya xəritəsindədir. Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun keçirilməsi və kurort infrastrukturunun 55 kilometrə çatdırılması hədəfi bu sahədəki böyük iddiaları göstərir. Bu mərkəz bölgədə minlərlə iş yerinin yaradılmasına və yerli əhalinin rifahına xidmət edir.