Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir
1991-1993-cü illərdə hadisələrin düzgün qiymətləndirilməməyi, ölkədəmizdə baş verən qanlı günlərdən sonra millətin məhəbbətini, gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və digər bu kimi adlar qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Azərbaycan bu gün milli ideologiyanın yaradıcısı, idarəetmənin ustadı, siyasətin kamil bilicisi Heydər Əliyevin siyasəti ilə irəliləyir və yaşayır. Müzakirə olunan məsələləri milli mənafe və dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacaran Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir” deyən Ulu Öndər gələcəyi müstəqillik yolunda görürürdü.
Heydər Əliyevin uğurlu xarici siyasəti sayəsində biz beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq qazandıq. Məqsədi yalnız Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirmək olan Ümummili lider, Azərbaycanı tam demokratik dövlət etmək, demokratiya yolu ilə irəlilətmək və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaq, azadlığını təmin etmək üçün başda özü olmaqla xüsusi komissiya təşkil etmiş, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmiş və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan yeni Konstitusiya və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir.
Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirməsində Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi”, ölkənin dünya birliyinə və qərbə inteqrasiyasının təmin olunması, cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan olunması dövlətimizin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklərə yol açan Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən Heydər Əliyev “Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq”- demişdir.