Heydər Əliyev Azəraycanda ordu quruculuğunu qısa bir zamanda qurdu və formalaşdırdı

Heydər Əliyev Azəraycanda ordu quruculuğunu qısa bir zamanda qurdu və formalaşdırdı

Zərxanım Zülfüqarova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon 232 nömrəli tam orta məktəbin müəllimi

XX əsrin sonlarından başlayaraq istər Azərbaycanda, istərsə də başqa ölkələrdə ordu quruculuğuna həmişə diqqət yetirilib. Tarix də sübut edir ki, böyük dövlət xadimləri, istedadlı siyasi rəhbərlər öz ölkələrinin sınaq dövrlərində böhrandan çıxıb inkişafa üz tutmasında çox önəmli rol oynamışlar. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də yaxın tarixdə öz ölkəsinin taleyində müstəsna rol oynamış və ən mürəkkəb şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür. Ulu Öndər Azərbaycana hər iki rəhbərliyi dövründə ölkəsinin hərtərəfli inkişafını yüksək səviyyəyə gətirmişdir. Sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Heydər Əliyev dağılıb bərbad vəziyyətə düşmüş bir dövləti yenidən qurub inkişafının yüksək mərhələsinə çıxartmışdır.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə ölkədə ordu quruculuğunda mühüm işlər görüldü. Heydər Əliyevi başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət onun ən mürəkəb vəziyyətdə belə çoxlarının görə bilmədiyi ən doğru, təsirli üsul və vasitələri tapıb qarşıda dayanan vəzifələrin icrasına yüksək səviyyədə nail ola bilməsi idi. Belə bir keyfiyyət sözsüz ki, həm nəzəri biliklərin , həm də zəngin siyasi təcrübənin zəruri nəticəsi idi. İkincisi, dünya səviyyəli siyasi dövlət xadimi Heydər Əliyev bunlardan başqa həm də güclü iradəyə, incə duyuma malik şəxsiyyət idi. Bütün bunlar Ulu Öndərin dərin zəkasında və tükənməz enerjisində təzahür edərək onun çağdaş dünyada nadir dövlət xadimi kimi tanınmasını şərtləndirirdi.

1993- cü il oktyabrın 3-də prezident seçilməsi yeni şəraitdə dövlət quruculuğunun bütün sahələrində o cümlədən, ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü işlər onun mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut etdi. Ulu öndərin müstəqil Azərbaycanın ali rəhbəri kimi fəaliyyəti elə ilk günlərdən göstərdi ki, ölkənin dövlət müstəqilliyini ərazi bütövlüyünü, etibarlı şəkildə qorumaq üçün ordunu gücləndirmək lazım idi. Heydər Əliyevin respublikada daxili hərbi siyasi sabitliyin təmin edilməsi sahəsindəki faəliyyəti bu zərurətin əyani təzahürü idi. Bütün bunlar rəhbərlikdən çox böyük əzmkarlıq ,ardıcıllıq və təcrübə tələb edir. Zaman da sübut edir ki, kifayət qədər mürəkkəb tarixi şəraitdə belə vəzifələrin uğurlu həllinə Heydər Əliyev kimi böyük dövlət xadimləri nail ola bilər.

Müstəqil dövlətin başçısı kimi Heydər Əliyev cəmiyyətin ictimai-siyasi sabitliyinin və yekdilliyinin təmil olunmasına xüsusi əhəmiyyət verirdi. O, bir rəhbər kimi ordu quruculuğundan başladı.

1993-cü ildə Gəncə və Lənkəranda baş verən hadisləri 1994-95-də dövlət çevrilişinə cəhdlərin qarşısını aldı. Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində olduğu kimi ordu quruculuğunda böyük işlər gördü. Ulu Öndər qısa bir zaman içində hərbi təhlükəsizliyin təmin edilməsi üçün real qüvvələri reallaşadıra bildi. O ordu quruculuğunda xalqın qüvvəsinə arxalanmaqda onunla vəhdətdə görürdü. Heydər Əliyev Azəraycanda ordu quruculuğunu qısa bir zamanda qurdu və formalaşdırdı.

Bununla da, Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Ordu Azərbaycanın müstəqilliyinin atributudur və ona görə bu proses davamlı bir prosesdir.

Heydər Əiyevdən sonra hakimiyyətə gələn cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Azərbaycan Ordusu indi dünyanın 52- ci ordusudur.