“Heydər Əliyev və Dövlət gənclər siyasəti” mövzusunda “Açıq dərs” keçirilib

“Heydər Əliyev və Dövlət gənclər siyasəti” mövzusunda “Açıq dərs” keçirilib
1 fevral 2023 - cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan gəncləri gününə həsr olunmuş “Heydər Əliyev və Dövlət gənclər siyasəti” mövzusunda “Açıq dərs” keçirildi.
Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Fidan Xankişiyeva, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə, "QEYD" Sosial Marifləndirmə İctimai birliyinin Baş katibi Aysel Tahirova, Suraxanı rayonunda fəaliyyət göstərən məktəblərin şagirdləri və rayon gəncləri iştirak etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra “Heydər Əliyev və Dövlət gənclər siyasəti” mövzusunda video-çarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Firəngiz Məlikbəyli bildirdi ki, 2 fevral – Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu tarix MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Tədbirdə çıxış edən Suraxanı rayon Heydər Əliyev Mərkəzinin drektor əvəzi Zəkiyə Hacıyeva, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdulov, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə, "QEYD" Sosial Marifləndirmə İctimai birliyinin Baş katibi Aysel Tahirova, rayonun fəal gənci Aytac Əliyeva bildirdilər ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük səyi olmuşdur. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu.
Qeyd edildi ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.
Diskusiya şəklində davam edən tətbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı.
Sonda xatirə şəkli çəkdirildi.