Rəqsanə Məmmədova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri
Xarici siyasətdə “Daimi mütəffiqlər yoxdur, daimi maraqlar var” devizi ən məşhur fikirlərdəndir. Uğurlu siyasətçilər hər bir xalqın taleyində müstəsna rola malikdir. Xalqımızın taleyində Ulu Öndər Heydər Əliyev böyük bir idarəçilik və siyasi rəhbərlik məktəbi yaratmışdır ki, onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin əldə etdiyi uğurları bunun bariz nümunəsidir. Təsadüfi deyildir ki, fitri istedadlar ən çətin vaxtlarda üzə çıxır.
Ulu Öndər ölkəmizin ən çətin vaxtında Prezident seçildi və ilk olaraq ölkəmizin daxili siyasətindəki hərc-mərciliyi uğurla aradan qaldırdı. Bu zaman Ermənistan torpaqlarımızı işğal edirdi. Ordunu gücləndirən Ulu Öndər ilk növbədə xarici siyasətdə Azərbaycana qarşı aparılan qara piar kampaniyasının qarşısını uğurla aldı.
Dahi şəxsiyyət ölkədə ordu, xalq və hakimiyyət birliyi yaratdı,1994-cü ildə atəşkəsə nail oldu. Atşəskəş dövründə dövlətimiz həm siyasi, həm də hərbi cəhətdən daha da gücləndi. Təsadüfi deyildir ki, Ermənistanın dünyaya təbliğ etdiyi “Azərbaycan Ermənistan torpaqlarını işğal edir” kimi yanlış təbliğatı dayandırdı. Ulu öndərin ən böyük qələbəsinin iki bariz sübutu kimi ABŞ konqresində qəbul edilən 907-ci düzəlişin dayandırılmasını və 1994-cü ildə 8 ölkə və 13 şirkət tərəfindən imzalanan “Əsrin müqaviləsi”ni göstərə bilərik. Bunlar həm də dünya ictimaiyyətində erməni diasporunun təbliği nəticəsində Azərbaycana qarşı yaranan etimadsızlığı məhv etdi. Ölkəmiz Ulu Öndərin səyi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq qonşu dövlətlərlə mehriban dostluq münasibətləri yaradırdı.
Ulu Öndərin hakimiyyəti dövründə ənənəvi muttəfiqimiz Türkiyə Respublikası ilə münasibətlər daha da inkişaf etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövründə bu münasibətlər strateji müttəfiq səviyyəsinə qalxdı. Bunun ən böyük sübutu məhz Şuşa Bəyannaməsi oldu.
Heydər Əliyev atəşkəs müqaviləsi ilə sadəcə olaraq kiçik bir fasilə götürmüşdü. Əlbəttə, böyük müttəfiqləri olan Ermənistanla düşünülməmiş bir müharibə acı nəticələrə səbəb olardı. Ulu Öndərin düzgün rəhbərliyi nəticəsində ordumuz gücləndi. Bununla yanaşı xarici siyasətdə erməni vəhşilikləri davamlı olaraq təbliğ olundu. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində BMT-nin 4 qətnaməsi- 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul olundu ki, bu qətnamələrə əsasən erməni qoşunları qeyri-şərtsiz torpaqlarımızdan çıxmalı idi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev tam doğru siyasi şəraitdə torpaqlarımızı azad etməyə başladı. Nəticədə dahi rəhbərin uğurlu siyasəti xətti ləyaqətlə başa çatdı.
Bu gün Ulu Öndərin ruhu şaddır. Azərbaycan artıq dünyada, xarici siyasətdə “Dəmir yumruq “ devizi olan, ərazibütövlüyünü təmin etmiş sülhsevər və müstəqil bir dövlətdir. Qarabağ Azərbaycandır!