Bu il Qarabağ Universiteti ilk tələbələrini qəbul etdi
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
Prezident İlham Əliyev 2023-cü il noyabrın 28- də Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb. Bu ali təhsil müəssisəsi Xankəndi şəhərində yerləşmiş və təməli qoyulmuşdur.
Dövlət başçımızın bir başa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Sentyabrın 20 - si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak etmişdir. Açılışda Xankəndi şəhərinin müasir görünüşü, eləcə də Universitetin yeni tələblərə cavab verməsi, Prezidenti məmnun etmişdir.
Bu il Qarabağ Universiteti öz ilk tələbələrini qəbul etdi. Prezident xalqımızı Dövlət Suverenliyi günü münasibətilə təbrik etmişdir. Azərbaycan öz gücünü bir daha göstərdi. Antiterror nəticəsində separatçıların kökü kəsildi. Bu sevinci bizə yaşadan Azərbaycan ordusunun zabit və əsgərləri oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
44 günlük Vətən müharibəsi nəticəsində 3200-dən çox igid oğullarımız şəhadətə ucaldı. Azərbaycan öz müstəqilliyini və torpaqlarımızın bərpasını tam şəkildə əldə etdi. Müstəqil Azərbaycan öz ərazi bütövlüyünü bütün dünyada sübut etdi.
Ayaq basdığımız Qarabağ torpaqları savaş və güc əldə etməklə bizim qələbəmizin əsasını qoydu. Prezident onuda vurğuladı ki, indi Xankəndində müasir tələblərə uyğun yeni-yeni təhsil və mədəniyyət ocaqları açılacaq. Qarabağ Universiteti ilk və davamlı təhsil ocağı oldu.
Birlik bizim qüvvəmiz və gücümüzdür. Əminliklə xalq öz torpağında yaşayıb və yaşayacaqdır. Bu, vətəndaşlarımızın hüquqi haqqıdır. Prezident bir daha öz təşəkkürünü və dərin minnətdarlığını xalqımıza çatdırdı. Və son sözü və təbriki bunlar oldu. Zəfərimiz bizim xalqımızın nailiyyətdir.
Yaşasın Şanlı və güclü Ordumuz!