Həmrəylik Günü birlik günü hesab olunur

Həmrəylik Günü birlik günü hesab olunur

Samirə Tanrıverdiyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 269 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, xalqımızın tarixində ən yadda qalan, ən şərəfli günlərdən biridi. Bu əlamətdar günün əsası 1989-cu ildə Naxcıvan ərazisində Azərbaycan İran sərhəddinin dağıdılması ilə qoyulub.Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilindəki sərhəd yürüşü Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin yıxılması, o taylı,bu taylı Azərbaycan xalqının həftələrlə Araz qırağında birləşmə şuarı, əslində Azərbaycanlıların vahid bir millət olduğunu dünya miqyasında bir daha sübut etdi.

31 Dekabr Həmrəylik Günü bu birləşmə isdəyinin bir növ simvolik nişanı idi.1991-ci ilin 16 dekabrında Naxcıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Ulu Öndərimiz Heydər Əliyev dünyada yaşayan Azəybaycanlıların birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31 Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.Sonradan bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və o vaxtdan bütün Azərbaycanlılar bu günü rəsmi şəkildə bayram kimi qeyd etməyə başlayıb.Dünya Azərbaycanlılarının Həmrəylik Günü həm də xalqımızın birlik şüarını simvolik günü hesab olunur.

Bu bayram dünyanın 100-dən artıq ölkəsində yaşayan 60 milyondan artıq həmyerlimizlə əlaqə qurmaq,onlar arasında  birlik və həmrəylik yaratmaq işində mühüm rola malikdir.Ardıq Həmrəylik Gününün qeyd edilməsi bütün dünya Azərbaycanlıları tərəfindən bir ənənəyə çevrilib.İndi bu əlamətdar günü hətda milliyəti Azərbaycan olmuyub lakin Azərbaycanda doğulub, böyümüş Azərbaycan əsilli diasbor nümayəndələri də qeyd etməkdədir.

Əziz həmvətənlər,  Həmrəylik Günümüz mübarək!