Gənclərimiz qalib ölkənin qürurlu vətəndaşlarıdır

Gənclərimiz qalib ölkənin qürurlu vətəndaşlarıdır

Aygun Allahverdiyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri

2 Fevral Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2- də imzaladığı fərmana əsasən, hər il fevralın 2- si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün ölkəmizdə təntənə ilə qeyd olunur və bir çox ölkələr arasında “ Gənclər Günü “ konfransları keçirilir. 

Ulu Öndər tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. 

Gənclərin sosial, iqtisadi və sair digər problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirilmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar Dövlət proqramları həyata keçirilir. 2003- cü ildən sonrakı dövrdə Ulu Öndər Heydər Əliyevin davamçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini daha da təkminləşdirdi.

2007- ci ildə “Gənclər İli“ elan olundu. 2011- ci ildə isə “ Gənclər Fondu “ yaradıldı. 2013- cü ildə ölkədə ilk dəfə “ Gənclər üçün Prezident Mükafatı “ təsis olundu.  2020 - ci ilin “44“ günlük Vətən müharibəsində gənclərin dövlətə Prezidentə etibarının baris nümunəsini göstərmək olar.

Müharibədə canından, qanından keçən məhz gənc əsgər və zabitlərimiz olmuşdur. Müstəqil dövlətimizin gəncləri Ali Baş Komandan Cənab İlham Əliyevlə gələcəyə uğurlu addımlarla irəli getməyi qarşılarına məqsəd qoymuşlar.