Gənclər bizim sabahımızdır
Aygün Cəfərova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu 262 saylı körpələr evi və uşaq bağçasının müdiri
Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Təməlin möhkəm olması isə gənc nəslin sağlam təfəkküründən, düzgün formalaşan təxəyyülündən asılıdır. Azərbaycan adını tarixə yazan gənclərimiz tariximizin hər bir dövründə olub və daim olacaqdır.
Ümummilli liderimiz Heydər Əliyev daim gənclərə diqqət və qayğı ilə yanaşmışdır. Hər zaman gənclərin fikrini öyrənir, sağlam düşüncəli gənc kadrlara önəm verirdi. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib və onların problemlərinin həlli istiqamətində olan tədbirlərə xüsusi önəm verib. Məhz bunun nəticəsidir ki, bugün ölkəmizin gəncləri Heydər Əliyevə və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevə böyük etimad göstərir və özlərinin gələcəyini onun adı ilə bağlayırlar.
Ulu Öndər 1997-ci ildə Sərəncamla 2 Fevral - Gənclər Günü elan etmişdir. Ulu öndər gənclərə müraciətində demişdir : " Azərbaycan dövlətini yaşatmaq inkişaf etdirmək üçün hazır olun!" Gənclər gününün elan edilməsi dövlətin gənclərə və gəncliyə diqqətinin bir daha qayğısının göstəricisi idi.
Belə bir aksioma vardır: “hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Bugün Azərbaycan gənclərinin önündə böyük qapılar açılıb. Gənclərimizin isə qarşısında duran esas vəzifə açılan bu qapılardan layiqincə istifadə etməkdir. Gənclər hər bir sahədə əldə etdikləri uğurlarla bu etimadı doğrultduqlarını nümayiş etdirirlər.
Ulu öndər siyasətinin davamçısı Prezident İlham Əliyev gənclərə olan münasibətini hərzaman belə ifadə edir: " Mənim gənclərə xüsusi münasibətim var , ürəyim sizinlədir , siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram."
!