Gənclər Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı ictimai-siyasi və sosial qüvvəyə çevrilə bilmişdir
Şəbnəm İbrahimli
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan Dillər Universitetinin tələbəsi
Mən YAP Suraxanı rayon təşkilatının fəal gənci Şəbnəm İbrahimli. Mən hər şeydən öncə bir Azərbaycan Gənciyəm. Hansı ki, özündə birliyi, vətənpərvərliyi, gücü, inamı, imanı, inkişafı, gələcəyi, rifahı ehtiva edən böyük məfhumun bir hissəsi. O gənclər ki, Vətən müharibəsində öz canlarından keçmiş, bir saniyə belə düşünmədən Vətən uğrunda Şəhid olan, qəhrəman, igid gənclərdir.
Bəli, bu gün bizim günümüzdür Gənclər! Biz çox bəxtiyar gənclərik. Ona görə ki,biz məhz Qalib Xalqın Qalib Lideri Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə formalaşan,inkişaf edən gənclərdənik. Hər kəsə məlumdur ki,gənclər siyasəti son zamanlar özünün qızıl dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət Gənclər Siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Belə ki, bizim üçün artıq saysız-hesabsız imkanlar vardır. Ölkəmiz dünya statistikasında gənclərə investisiya ayrılması mövzusunda xüsusi bir yerə sahibdir. Bu da ölkəmizdə bir daha bizə verilən dəyərin göstəricisidir.
Azərbaycan gəncliyi yalnız döyüş meydanında deyil, böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurmuşdur. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub, yaşadır.
Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı ictimai-siyasi və sosial qüvvəyə çevrilən gənclər - müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətənpərvərlik hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
Regionun ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası (YAP) sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları könüllü birləşdirmişdir. Eyni zamanda, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən biz gənclərin də əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Öz fəaliyyətində daim biz gənclərin təkliflərini nəzərə alaraq,bizə yüksək dəyər verən YAP Suraxanı Rayon Təşkilatı da qarşıdan gələn seçki ərəfəsində də bizə,məhz ilk dəfə səs vermə hüququndan istifadə edən gənclərə öz dəstəyini əsirgəmir. Doğma təşkilatımız həm bizim maariflənməyimiz, həm də bizim ətrafımızda olan digər gənclərin maariflənməsi üçün böyük səylə çalışır.
Mən fəxr edirəm ki, ilk dəfə,öz səsvermə hüququmdan məhz Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti zamanı istifadə edəcəm. Mənim ilk dəfə səs verməyimə rəğmən YAP Suraxanı rayon təşkilatı mənə daha bir məsuliyyətli vəzifə tapşırıbdır. Mən bu yaşımda hakim partiyanın nümayəndəsi kimi müşahidəçi qismində çıxış edəcəm. Mən bununla fəxr edirəm!
Biz son 20 ildə cənab Prezidentin hakimiyyəti illərində dünyaya gəlmiş və yetişmiş gənclərik. Bizim dəmir əqidəli həmyaşıdlarımız öz canlarını Vətən uğruna,milli maraq uğruna və bizdən sonra gələcək gənclik uğruna qurban vermişlər. Biz də onların ruhuna böyük ehtiramla, gələcəyimiz naminə cənab İlham Heydər oğlu Əliyevə nəyinki səs verəcəyik, bundan sonrakı həyatımızda daim onun ətrafında bir yumruq kimi birləşəcəyik.
Yaşasın Müstəqil Azərbaycan!
Yaşasın Rəşadətli ordumuz!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Gənclər günümüz mübarək!