Gənc nəsillər yaşadıqca, qəlbimizdə milli ruh var olduqca Ulu Öndər də yaşayacaqdır
Nəzrin Bünyatova
YAP Suraxanı rayon təşkilatının gənc könüllüsü
Şəxsiyyət və lider anlayışı tamamilə fərqli anlayışlardır. Dünyada çox az adam tapılar ki, onda həm liderlik, həm də şəxsiyyət anlayışına xas olan keyfiyyətlər tapılsın. Azərbaycan tarixində yeganə şəxs Heydər Əliyevdir ki, onda bu anlayışların hər birinə rast gəlmək mümkün idi. Dahi Ulu Öndər, Ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Ulu Öndər Heydər Əliyev zəngin siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri əzmlə dəf edən, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan dahi şəxsiyyət, böyük dövlət adamı, qüdrətli siyasi xadimdir. Mən çox gəncəm. Təəssüf ki, Ulu Öndərin vəfatı belə, mənim yaşım çoxdur. Amma mən və mənim kimi gənc nəsillər yaşadıqca, qəlbimizdə milli ruh var olduqca Ulu Öndər də yaşayacaqdır.
Tarix boyunca bəlkə də ən ağır sınağa məruz qalmış Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ətrafında sıx birləşməsi 90-cı illər üçün ən düzgün addım, ən doğru seçim olmuşdur. 20 Yanvar hadisələrinin xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. 20 Yanvar 1990-ci il təqvimi müasir tariximizin başlanğıcı hesab olunacaq tarixdir.
Heydər Əliyev demişdir: “ İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir.” Ermənistan Azərbaycan torpaqlarının işğalı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların ilk illərdə üzləşdiyi sosial problemlərin çoxluğu və onların həlli istiqamətində lazımi addımların atılmaması vəziyyəti daha da ağırlaşdırmışdı. Yalnız Ümumilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu.
Ordu quruculuğunda səmərəliliyiyə nail olunmasının başlıca şərtlərindən biri Heydər Əliyevin xalqın qüvvəsinə arxalanmasında, xalqla vəhdətdə görürdü. O xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü.
Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır. Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir ki, o, Heydər Əliyev kimi Azərbaycan tarixinin memarı, qurucusu olan bir dahi liderə və şəxsiyyətə malik olub.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında dərin ehtiram və hörmətlə baş əyirəm!