Rəsmiyyə Hüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktor müavini
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə iki tərəfli və çox tərəfli əməkdaşlığın inkşafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Dövlətimizin başçısının Serbiyanın paytaxtı Belqrad şəhərinə səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasında böyük əhəmiyyətə malikdir. Səfərin məqsədi iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkşafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Ölkələrimiz arasında iqtisadi ticari əlaqələrin genişləndirilməsi, kənd təsərüffatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.
Azərbaycan və Serbiya arasında kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial var.Ölkəmizdə aparılan iqtisadi islahatlar sahibkarlar və investorlar üçün yaradılmış əlverişli imkanlar, biznes forumun iqtisadi əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına böyük töhfələr verilib. Serbiyanın iqtisadiyyat nazirinin xüsusi müşaviri Miryana Filipoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib və Azərbaycan şirkətlərini Serbiyada müxtəlif sahələrdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib.
Bugünlərdə Serbiya Respublikasında iki məşhur Azərbaycanlının - Ümummilli lider Heydər Əliyevin və dahi bəstəkar Üzeyir Hacıbəylinin abidələri ucaldılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Serbiya Respublikasına rəsmi səfəri zamanı hər iki abidənin, eləcə də Serb xalqının böyük oğlu Milorad Paviçin abidəsinin açılış mərasimində iştirak edib. Belqradda Taşmaydan parkının açılışında çıxış edən dövlət başçısı hər iki xalqı birləşdirən dostluq münasibətlərinə toxunaraq demişdir: “Bugün Serbiya- Azərbaycan əlaqələrinin inkşafında çox gözəl və əlamətdar bir gündür. Bugün bizim tariximizdə dostluq günü kimi qalacaq. Bugün Belqradın gözəl guşələrinin birində iki xalqın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılıb. Bu dostluq rəmzi, əminəm ki hər iki xalqın qəlbində gözəl əks səda verəcəkdir.”
Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir biri ilə sıx əlaqədə olan ölkələrdir. Beləliklə belə qərara gələ bilərik ki, Serbiya - Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İki tərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.