Gününüz mübarək bütöv Azərbaycanın qəhrəman anaları

Gününüz mübarək bütöv Azərbaycanın qəhrəman anaları

Əfsanə Əkbərova

YAP Suraxanı rayon təşkilatının üzvü         

Suraxanı rayonu, 2 saylı Uşaq evinin həkimi     

Ulu öndər Heydər Əliyevin bu müdrik kəlamini rəhbər tutaraq Azərbaycan qadınının fəal vətəndaşlıq mövqeyindən böyük qurur hissi ilə danışa bilərik. Tarixin bütün dövrlərdə olduğu kimi bu gündə qadınlarımız öz ağlı düşüncəsi təfəkkürü, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası və yüksək analıq keyfiyyəti ilə hər zaman Vətənimizə baş ucalığı gətirmişdir. Nəinki ölkəmizin eləcə də Vətənimizdən kənarda ictimai-siyasi və digər sahələrdə fəaliyyəti ilə  Azərbaycan xanımı hər zaman nümunə olmuşdur.

Bu gün biz qadınların  istər milli dövlət quruculuğu prosesində, istərsə də sosial iqtisadi və mədəni potensialının artırılmasında əhatə edən bütün sahələrdə öz imzası var. Artıq Azərbaycan qadını ölkə həyatında bir çox sahələrdə o cümlədən sahiyyə, təhsil, mədəniyyət, hərb sahəsində, siyasət meydanənda böyük əməyi olan bir şəxsiyyətdir.

Azərbaycan qadının fəal vətəndaşlıq mövqeyi dedikdə onu da qeyd etməliyik ki, ağbirçək anaların, xanım-xatın qızlarmızın tükənməz enerji ilə ailə qayğısını çəkmələ bərabər, cəmiyyətdəki aktual problemlərin həllində də kənarda qalmırlar. Təbii ki, bu yoda bizlərə ən böyük nümunə və örnək  şərəflə, əzmlə dövlətə və dövlətçiliyə hər tərəfli fəaliyyəti ilə həm ölkədə həm də beynəlxalq aləmdə  Azərbaycan qadınının nüfuzunu  yüksəklərə qaldıran Mehriban xanım Əliyevadır.

Böyük fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, bütün bunlarla yanaşı Azərbaycan qadını bir ana olaraqda öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir. Məhz onların qəhrəman, igid,qorxmaz, əzmkar, mübariz ruhda yetişdirdikləri,tərbiyə etdikləri övladlarımızın canı-qanı bahasına, dəmir yumruğu hesabına ərazi bütövlüyümüzü suverenliyimizi bərpa etdik.

Hər zaman olduğu kimi bu gün də fəal Vətəndaşlıq mövqeyi sərgiləyən həmin o fədakar Azərbaycan qadınını minnətdarlıq hissi ilə təbrik edirəm. Gününüz mübarək bütöv Azərbaycanın qəhrəman anaları!