Gercək olan xəyallar
30 ildən artıq bir zaman kəsiyində Azərbaycan xalqı mənfur qonşumuzun və separatçı qüvvələrin işğal və dağıdıcı siyasətinin ağrı-acısını çəkdi.Humanizm və mədəniyyət düşmənləri cənnət torpaqlarımıza sahiblənmək üçün əllərindən gələni etdi.Həmin zamanlarda bütün cəmiyyətimiz xüsusilə də biz təhsil işçiləri qəlbimizdə dərin nisgil ilə dar günlərin başa çatacağını, zəfərlə doğma yurdlarımıza dönəcəyimizi gənc nəslə təlqin edirdik. İlahi ədalət Ali Baş Komandan İlham Əliyev və onun yenilməz əsgərlərinin sayəsində öz yerini aldı.
44 günlük İkinci Qarabağ müharibəsi, 23 saatlıq lokal antiterror əməliyyatı sayəsində həm torpaqlarımız işğaldan azad oldu , həm də Azərbaycan Respublikası öz suverenliyini təmin etdi.Xəyalını belə qura bilmədiyimiz Qarabağ Universitetində öz çıxışında İlham Əliyev demişdir:” İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq.”
Xankəndi şəhərindəki Qarabağ Universitetindəki çıxışı zamanı xalqımızı Dövlət Suverenliyi Günü münasibət ilə təbrik edən ölkə başçısı bu önəmli günün ilk dəfə azad olunan torpaqlarda məhz antiterror əməliyatının ildönümündə qeyd olunduğunu və bundan sonra da tənətənli şəkildə qeyd olunacağını diqqətə çatdırmışdı.İlahi nə gözəl, bayram bayrama qarışmışdı .Axı 20 sentyabr ölkəmizdə Ulu Öndər Heydər Əliyevin şah əsəri sayılan “Əsrin müqaviləsi”nin ildönümü- qəhrəman neftçilərimizin günü kimi qeyd olunurdu həm də.
Özü də müəllim olmuş dövlət başçımız ali təhsil ocağındakı çıxışı zamanı müəllim əməyinə yüksək dəyər vermiş, qazanılmış uğurlarda təhsil işçilərinin də əməyini ön plana çəkmişdi:” İki tərbiyə mənbəyi var - ailə və müəllim. Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. Cəmiyyətdə birlik olmalıdır, bu da var. Bizim müharibəmiz azadlıq müharibəsi idi”.
Eyni zamanda tarixə nəzərə salan İlham Əliyev bugünki zəfərin ölçüsünü göstərmək üçün Qarabağ münaqişəsinin dərin siyasi köklərinə enərək 200 ilə yaxın zamanda həyata keçirilən məkrli planlardan da söz açdı.Hələ XIX əsrin əvvəllərində imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri ilə işğalın hökmünün oxunduğunu və düşmənlərimizin addım-addım qərb torpaqlarımıza xüsusi ilə Qarabağa yiyələnməklərinə aydınlıq gətirmişdi.Əvvəlcə çar Rusiyasının sonra da Sovet Rusiyasının əsarəti illərində qarı düşmənlər fəaliyyətlərinə yalnız Ümumilli Lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik dönəmində ara verməyə məcbur olmuşlar: ”Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Ulu Öndər Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etmişdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycandan çıxarılıb Ermənistana birləşməlidir. Əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi”.
Artıq zaman Azərbaycanın xeyrinə işləyir.Qarabağda quruculuq işləri, Xankəndidə Zəfər paradı və bir il sonra ali məktəbin açılması,qələbədən sonrakı hər ildə 15-20 min keçmiş köçkün yeni qəsəbələrə, evlərə, mənzillərə köçürülməsi bunun bariz nümunəsidir.Hələ daha böyük uğurlara, nailiyyətlərə imza atacağıq! Çünki xalq-dövlət və rəhbər- millət vəhdəti var bizdə.Yaşasın ,Liderimiz İlham Əliyev,mərd xalqımız və müzəffər ordumuz!!!