Gərgin döyüşlər nəticəsində oktyabrın 17-də Füzuli şəhəri azad olundu

Gərgin döyüşlər nəticəsində oktyabrın 17-də Füzuli şəhəri azad olundu

Gülər Osmanova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan ordusunun 27 sentyabrda başladığı əməliyyatlarda əsas zərbə istiqaməti Füzuli idi. Erməni nəzarətində olan ərazinin şərq sərhədlərində, düz bir dayaq zolağı ilə birləşdirilmiş yüksəkliklərdən 120 kilometrlik  eşelonlu müdafiə  sistemi inşa edilmişdir. Nəzarət zonasının sərhədləri bu konturu onun  hərbi əməliyyatlar zamanı sabitliyini təmin edir və Ermənistan Silahlı Qüvvələrinə mövqe üstünlüyü verir. Ümumiyyətlə, təmas şimal və qərb hissələri dağlıq bir ərazi olduğu üçün ermənilərin burada “Ohanyan xətti” nin yüksəkliklərinə güvənərək müdafiə təşkil etməsini asanlaşdırır. Qarabağın cənub hissəsində, Füzuli- Horadiz – Cəbrayıl sektorunda ərazinin düzənlik olması Azərbaycan Ordusunun mexanikləşdirilmiş bölmələrinin hərəkətlərini asanlaşdırır.

Azərbaycan Ordusu sentyabrın 27-sindən etibarən İran sərhədinə bitişik münaqişə zonasının cənub hissəsində- Füzuli istiqamətində güclü tank bölmələrinin dəstəyi ilə əsas hücuma başladılar. Azərbaycan Ordusu ən güclü zərbəni Füzuli istiqamətində - Köndələnçay çayının geniş vadisi boyunca endirdi. Ordunun əsas hədəfi Qaraxanbəyli kəndi idi. Müdafiə Ordusunun həmin gün yayımladığı videoda iki – üç tankdan və ən azı 14 “BMP”-dən ibarət konvoyun hücuma keçdiyi görünür.

İlk hücum zamanı bu istiqamətdəki ilk erməni postları ələ keçirildi. Qarabəyli istiqamətində irəliləyən tank kolonu ilk müdafiə xəttini və bir neçə dayaq məntəqəsini ələ keçirməyi bacarmışdı. Videoda Alxanlı kəndinin qərb kənarında yerləşən xarabalıqlar görünür. 27 sentyabrda Qaraxanbəylinin 4 km şimalındakı Azərbaycan bölmələrinin hücumu isə fəlakətlə nəticələnir. Ən az 4“BMP- 2” ilə həmin istiqamətdə hücuma keçən bölmə tamamilə məhv edilir. 397 nömrəli və digər nömrəsi bilinməyən “BMP” isə vurulur. Bu döyüşdə ən azı 15 Azərbaycan  hərbiçisi həlak olur.

Aşağı Seyidəhmədli kəndi Füzulidə ən güclü müdafiə xətti olan yerlədən birdir. Burdakı döyüşlər Qərvənd kəndi yaxınlığında 8 km şimal- qərbində yerləşən bir kamera tərəfindən çəkilib. Azərbaycan bölmələrinin Füzuli istiqamətində digər istiqaməti isə Horadiz kəndi idi. Hücum istiqaməti kəndin şimal və cənubundakı yüksəkliklərdir. Şiddətli döyüşlər baş verdi. Zirehli texnika itkisinə baxmayaraq Azərbaycan bölmələri şimalda ön dayaq məntəqəsini və əsas səddinin bitişik hissəsinin ələ keçirməyi bacardılar. Bu 30 sentyabrda peyk görüntülərini əraziyə doğru uzanan rabitə xəttinə əsasən müşahidə edilir.  Görüntülərdən aydın olur ki, düşmən zirehli texnikasını döyüş meydanında qoyaraq  qaçır. “Bayraktar”dan çəkilmiş videodan Horadiz kəndinin cənubundan 2 tank və 6 piyada döyüş maşınından ibarət bir konvoyun alovlandığı görünür. Aparılan hərbi əməliyyatlar nəticəsində Füzuli- Cəbrayıl istiqamətində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli , Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı , Cəbrayıl rayonunun Böyük Mərcanlı , Nüzgar kəndləri azad olundu.

Şiddətli döyüşlərin davam etdiyi bu günlərdə Azərbaycan Ordusunun igidliyi danılmazdır. 17 oktyabr səhər saatlarında bir neçə motoatıcı erməni batalyonu Füzulinin şimal- qərbində , Xocavəndə gedən magistral yolda Azərbaycanın irəliləyən bölmələri ilə döyüşə girdi. Azərbaycan bölmələri bu istiqamətdə bir neçə Erməni postunu ələ keçirib  Füzulinin ətrafı ilə hərəkət   etməyə başladılar. Füzuli uğrunda gedən gərgin döyüşlər nəticəsində oktyabrın 17-də Füzuli şəhəri azad olundu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan hərbi əməliyyatlar nəticəsində Rəşadətli Azərbaycan Ordusu hər döyüşdə qələbə qazandı. Bu çətin günlərdə xalq-ordu birliyinin nümayiş olunması cəbhədə bir başqa ruh yüksəkliyi yaradırdı. Qazanılan hər bir qələbədə , azad olunmuş  torpaqlarımızın hər addımında şəhid qanı vardır. Onların igidliyi, qorxmazlığı cəsarəti bizi bu şanlı qələbəyə apardı.