Fransanın Afrikadakı müstəmləkə tarixində törətdiyi soyqırımlara görə üzr istəməlidir
Qoşulmama hərəkatına sədirliyimizin müddətinin bir il uzadılması Cənab Prezident İlham Əliyevin uğurlu liderlik bacarığı və doğru istiqamət seçməsidir.Beləki Prezident hərəkata rəhbərliyi dövrü 2019 cu il pandemiyanın başlanğıcından başladığı üçün 2020 ci ilin may ayında Qoşulmama hərəkatının onlayn zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürür.
Prezident BMT-nin Baş Assambleyasında liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasnı təklif etdi. Xüsusi sessiya 2020-ci ilin dekabrında baş tutub. Cənab Prezident varlı ölkələrin lazımından daha artıq vaksinin alması, digər ölkələrin bu səbəblə vaksin əlçatanlılığının təmin olunmaması problemi ilə qarşı-qarşıya qalması probleminin qarşısının alınmasında 2 qətnamənin qəbul olunmasına Qoşulmama hərəkatının vasıtəçiliyi ilə nail olduğunu bildirdi.
Həmçinin, 2022-ci ilin iyul ayında Şuşa razılasması əsasında Qoşulmama Hərəkatının Gənclər təşkilatı yaradılıb. Yaradılan Gənclər təşkilatının daimi katibliyi Bakıda yerləşəcək. Prezident artıq yeni dünya nizamının formalaşmasını vurğulayaraq ikili standart və yaxud seçili yanaşmanın artdığını və aşkar forma aldığını bildirir. Bu baxımdan yeni müstəmləkəçilik meyillərinin artmasını diqqətə çatdıran Prezident Qoşulmama Hərəkatınn bu və ya digər formada qarşısının alınması üçün vacib qərarlar qəbul edilməli olduğunu qonaqların diqqətinə çatdırdı. Xüsusilə, Fransanın müstəmləkə siyasətinə qarşı səmərəli rol oynamağı vacibdir.
Fransanın Avropadan kənarda idarə etdiyi müstəmləkələr Fransanın müstəmləkəçiliyinin aydın təzahürüdür. Fransanın Afrikadakı müstəmləkə tarixində törətdiyi soyqırımlara görə üzr istəməyə və öz məsuliyyətini etiraf etməyə dəvət edir. Həmçinin BMT-də Qoşulmama Hərəkatı sədrliyinə daimi 1 yer verilməlidir və sədrlik dəyişildikdə növbəli şəkildə proses icra olunmalıdır. Eyni zamanda pandemiyanın 2030-cu il davamlı inkişaf məqsədlərinin icrasına mənfi təsir edir. Bunun üçün 2030-cu il davamlı inkişaf məqsədlərini gücləndirmək vacibdir. Bu məqsədlə qlobal bərpa panelinin yaradılmasını təklif edən Prezidetimiz bu panelin postpandemiya dövrü üçün qlobal tədbirlərin hazırlanmasını təmin edə biləcəyini vurğuladı və hərəkat iştirakçılarını panelin dəstəklənməsinə dəvət etdi. Bu baxımdan milli mənsubiyyətə qarşılıqlı hörmət prinsiplərinə uyğun olaraq cənub-cənub əməkdaşlığın artırılmasını dahada qüvvətlənməsinin əhəmiyyəti barədə qeyd olunub.
Artıq BMT-in qətnamələrinin effektivliyinin azalmasını vurğulayan Prezident bəzi təhlükəsizlik qətnamələrinin bir neçə gündə icra olunduğu halda Azərbaycan-Ermənistan münaqişəsi üçün verilən qətnamə xalqımızın ata-baba yurdlarından erməni hərbi birləşmələrinin çıxarılması üçün keçərli olmadı. İkili standart mühüm əhəmiyyət kəsb etdi. 2020-ci ildə Azərbaycan bu qətnamələrin icrasını həyata keçirməyə başladı. İşğala məruz qalan ərazilərimizdə bütün mədəni irsimiz məhv edilmiş, dini abidələrimiz dağıdılmış, təbii sərvətlərimiz talan edilmiş və ərazilərimiz ekoloji terrora məruz qalmışdır.
Hal-hazırda ölkəmiz işğaldan azad olunan ərazilərimizdə öz hesabına yenidənqurma və bərpa işləri apararq ağıllı kənd, ağıllı şəhər konsepsiyalarından istifadə edir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı iştirakçılarının diqqətinə ərazilərimizin minalarla çirkləndirilməsi faktını da çatdırıb. Partlamamış minaların insan həyatı üçün təhlükəsi və müharibədən sonra 300-ə yaxın hərbi və yaxud mülki vətəndaşlarımızın bundan zərər görməsi faktını da vurğulayıb. Cənab Prezident İlham Əliyev həmçinin Vətən müharibəsi zamanı öz ərazi bütövlüyümüzn təmin olunmasında apardığımız ədalətli mübarizəni dəstəkləyəyrək BMT-də Azərbaycana qarşı qərəzli qərarların qəbulunun qarşısının alınmasında dəstək göstərdikləri üçün hərəkat üzvlərinə minnətdarlığını bildirib.