Forumda Prezident həm ənənəvi, həm də müasir sosial medianın fəaliyyəti və əhəmiyyətindən danışıb

Forumda Prezident həm ənənəvi, həm də müasir sosial medianın fəaliyyəti və əhəmiyyətindən danışıb
Vəfa Bağırova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin direktoru
21 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycanın mədəniyyət incisi hesab olunan Şuşa şəhərində təşkil olunmuş Qlobal Media Forumunda “4-cü Sənaye İnqilabi dövründə Yeni Media” mövzusunda çıxışı zamanı bir sıra önəmli məsələlərə toxunmuş, həm yerli, həm də beynəlxalq əhəmiyyətli mesajlar vermişdir. Təqribən 3 saata yaxın çıxışı zamanı ölkə prezidenti forumun niyə məhz Şuşada keçirilməsi məsələsinə aydınlıq gətirmiş, şəhəri qələbəmizin, sülhün rəmzi olaraq dəyərləndirmişdir.
Cənab Prezident çıxışı zamanı Türkiyə və Azərbaycan xalqları arasında əbədi dostluq və qardaşlıq münasibətlərindən də bəhs etmişdir. Türkiyənin qlobal liderlər siyahısında öz yeri, öz imzası olduğu faktı bir daha vurğulanmışdır.
Bu gün ölkəmiz və xalqımız üçün hər hansı bir qlobal təhlükənin olmaması məhz aparılan müdrik beynəlxalq siyasətin nəticəsi olaraq göz qabağındadır. Ancaq bununla bərabər ordu quruculuğumuz daima dövlətimizin diqqətindədir və hərbi sahə prioritet sahə olaraq hər bir ölkə vətəndaşının da maraq dairəsində olmalıdır. 44 günlük müharibə zamanı hər bir vətəndaşımızın dövlətimiz, ordumuz ətrafinda sıx birləşməsi və əsgərlərimizin qəhrəmanlıqları ilə nə qədər fəxr etsək azdır.
Prezident cənab İlham Əliyev eyni zamanda hal-hazırda işğaldan azad edilmiş torpaqlarımızda sürətlə minalardan təmizlənmə işlərinin aparılması məsələsinə də toxunmuşdur. ANAMA və yerli şirkətlərimizin səmərəli fəaliyyəti nəticəsində bu prosesin daha da sürətlənməsi prosesi müşahidə edilməkdədir.
Cənab Prezident çıxışı zamanı xalq olaraq, dövlət olaraq utana biləcəyimiz və yaxud haqsız olaraq dəyərləndiriləcək hər hansı bir addım və yaxud fəaliyyətə yol verilmədiyini də ifadə etmişdir. Dövlətimizin tolerantlıq, demokratik prinsiplərin əldə bayraq tutulduğu çoxmillətli, çoxkonfessiyalı prinsiplərin izlənildiyi bir dövlət kimi qlobal mühitdə öz yerinin olduğu məsələsi də bir daha həm yerli, həm də beynəlxalq medianın diqqətinə bir daha çatdırılmışdır. Ölkə iqtisadiyyatının sabitliyi, ticarət dövriyyəsinin böyük həcmdə həyata keçirilməsi iqtisadi siyasətin uğurlu nəticəsi olaraq ölkə başçısı tərəfindən qiymətləndirilmişdir.
Forumda eyni zamanda ölkə Prezidenti həm ənənəvi, həm də müasir sosial medianın fəaliyyəti və əhəmiyyəti haqqında öz fikir və düşüncələrini forum iştirakçılarının diqqətinə çatdırmışdır. Bu gün informasiya müharibəsi dövründə hər iki medianın rolu və müstəqil fəaliyyətinin önəmi bir daha cənab Prezident tərəfindən vurğulanmışdır.