Ermənistanın törətdiyi son hərbi təxribat rəsmi İrəvanın törətdiyi növbəti təhlükəli avantüradır

Ermənistanın törətdiyi son hərbi təxribat rəsmi İrəvanın törətdiyi növbəti təhlükəli avantüradır
"Dental Clinic" stomatoloji mərkəzin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Sentyabırın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Ölkə başçısı Sammitdə çıxış etmişdir. Çıxışında cənab Prezident bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-13-də Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribat törətməklə yenə də hər bir vəchlə danışıqlar prosesinin irəliləməsinin qarşısını almağa çalışır. Ermənistan rəhbərliyinin məqsədi münaqişənin həlli və regionda davamlı sülhün təmin edilməsinə mane olmaqdır. Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi son hərbi təxribat da rəsmi İrəvanın törətdiyi növbəti təhlükəli avantüradır. Ermənistanın  sərhəddəki  insident  ilə əlaqədar dərhal dezinformasiya xarakterli təbliğata başlaması, biri-digərini təkzib edən bəyanatlar verməsi bu təhlükəli avantüranın əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirildiyini bir daha təsbit edir.

Ermənistan tərəfi sərhəddə daha genişmiqyaslı hərbi təxribat törətmək niyyətində idi. Azərbaycan əsgərinin ayıq-sayıqlığı onların bu mənfur planlarının qarşısını aldı.  Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin tələblərinə riayət edərək münaqişənin sülh yolu həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Ermənistanın siyasi-hərbi rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə regionda bir o qədər də tez sülh, sabitlik bərqərar olar və ilk növbədə Ermənistan xalqı yaranacaq yeni regional əməkdaşlıq imkanlarından faydalana bilər.

Dövlət başçısı İlham Əliyev fəxri qonaq qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında bir daha bəyan etdi ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bugün görünən odur ki, erməni hərbi-siyasi təxribatına müəlliflik edən Paşinyanın hiyləsi baş tutmadı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz düşmənə layiq olduğu qətiyyətli cavabı verdi. Ölkəmizdə mövcud olan xalq-dövlət birliyi də Azərbaycanın hərtərəfli güclənməsini təmin edir. 12-14 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatlarının qarşısının qətiyyətlə alınması Azərbaycanın güclü ölkə olduğunu, eləcə də, ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir.