Ermənistanın xarici siyasətinin acizliyi bir daha aşkara çıxdı
Dilarə Seyidova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu. 97 nömrəli tam orta məktəbin təşkilatçısı
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin, müzəffər Azərbaycan ordusunun şücaəti və xalqımızı birliyi sayəsində Vətən müharibəsində ordumuz böyük qələbələr əldə etdi və 30 ilə yaxın müddətdə düşmən tapdağı altında viran qalan torpaqlarımız azad edildi. Bu gerçəkliklə heç cür barışmaq istəməyən, torpaqlarımıza göz dikən bədnam erməni qonşularımız nəyin bahasına olursa, olsun diplomatik danışıqları pozmağa, öz məkirli məqsədlərinə don geyindirməyə, regionda sülhə maneə olmağa çalışırlar.
Öz ənənələrinə sadiq qalan rəsmi İrəvanın növbəti avanturası da boşa çıxdı. Belə ki, 16 avqust 2023-cü ildə Ermənistanın BMT – nin Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kompaniyası üçün istifadə etmək cəhdi uğursuzluqla nəticələndi. BMT-nin Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun guya bağlanmasında sonra yaranmış böhranı aradan qaldırmaq məqsədilə təcili iclas çağırıb. İclasda müzakirələrdə iştirak edən ölkələrin nümayəndələri tərəflər arasındakı yaranmış məsələlərin diplomatik yolla həll olunmasına tərəf çıxıblar. Müzakirələrdə Rusiyanın, ABŞ, Britaniyanın və Fransanın nümayəndələri çıxış edərək Laçın dəhlizindəki manelərə görə dərindən narahat olduqlarını bildiriblər.
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan hazırkı vəziyyəti “Dağlıq Qarabağın mühasirəsi” kimi adlandırıb. Hətta iddia edir ki, Laçın dəhlizi Ermənistanla Dağlıq Qarabağ arasında razılaşmış yoldur və buna heç bir alternativ yoxdur. Hətta Ararat Mirzoyan BMT-nin Təhlükəsizlik şurasından soyqırımın qarşısını alan təşkilat kimi dərhal hərəkətə keçmələri fikrini irəli sürmüşdür.
Azərbaycanın BMT-də ki, nümayəndəsi Yaşar Əliyev Ermənistanın “soyqırım” iddiasını rədd edib. O qeyd edib ki, işğalçı dövlət olan Ermənistan öz riyakarlığını davam etdirir. Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərə öz ölkəsinin sakinləri kimi lazım olan yaşayış şərtlərin yerinə yetirməyə hazırdır. Hətta Qırmızı Xaç təşkilatı vasitəsilə Qarabağdakı ermənilərə zəruri məhsullarla təmin etməyi təklif edib. Lakin Ermənistan tərəfi bunu rədd edib. Laçın dəhlizi adlandırılan yol isə Azərbaycan Respubliksının ərazisidir.
Azərbaycan üçtərəfli bəyanatda öz üzərinə düşən öhdəliklərə sadiq qalaraq Laçın dəhlizi adlandırılan yol vasitəsilə Qarabağda yaşayan mülki ermənilərə humanitar yardımın olunmasına şərait yaratdı, Ermənistan isə öz növbəsində bu yol vasitəsilə qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbiçinin rotasiyası, silah-sürsat, xarici terrorçuların, mina daşınması və Azərbaycan sərvətlərinin qeyri-qanuni daşınması ilə istifadə etdi. Azərbaycan isə öz təhlükəsizlik və suverenliyini qorumaq məqsədilə Laçın Dövlət Sərhəd Buraxılış Məntəqəsini yaratdı. Öz növbəsində Qarabağa yük daşınması üçün Ağdam-Xankəndi yolunu istifadə edilməsini təklif etdi. Ermənistan tərəfi isə bu təklifi rədd etməklə öz çirkin niyyətlərini bir daha üzə çıxardı. Ermənistanın növbəti siyasi şousu iflasa uğradı.
İclasın iştirakçıları Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməklə nəzərdə tutulan Ağdam yolunun açılmasının vacibliyini vurğulayıblar. Bu isə beynəlxalq aləmdə Azərbaycanın siyasi nüfuzunun və haqq səsinin dünyaya tanıdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü düzgün xarici siyasətin nəticəsidir.