Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğalına səbəb olmuşdur

 Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğalına səbəb olmuşdur

Rafiq Ismayilov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı keçirildi. Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxış edən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı.

Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı.

1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin dərin tarixi kökləri mövcuddur və bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu millətə məxsus xüsusiyyətləri əks etdirir. Bu, onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.

2020-ci il sentyabrın 27- də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasınınmilli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.

Dekabr ayının 10-da Zəfər paradının keçirilməsinin iki ili tamam olur. Ölkənin baş meydanında keçirilən Zəfər Paradı qalib ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin tərənnümü idi. Zəfər Paradı ümumxalq həmrəyliyimizin təcəssümü vədüşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs vətən sevgisinin təzahürüdür.