Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi yerinə yetirmək məcburiyyətindədir
Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-in sədri
Suraxanı rayonu 114 nömrəli məktəbin direktoru Əməkdar müəllim
Tarixən məğlub tərəf qalib tərəfin bütün şərtlərinə əməl etmək məcburiyyətində olub. Çünki güclü tərəf qalib tərəfdir. Belə ki, tarixi torpaqlarımızın 30 ilə yaxın işğalda qalması ilə hər zaman şərtləri bizə Ermənistan diktə edirdi. Bütün diktə etdiyi şərtlərdə isə əsas məqsəd torpaqları qaytarmamaq idi. Lakin Ermənistanın tək anlamadığı gerçək var idi ki, Ulu Öndər Heydər Əliyev torpaqlarımızın işğaldan azad olunması üçün bir çox iqtisadi, siyasi tədbirlərin bazasını formalaşdırmışdı. Prezident İlham Əliyev və xalqımız öz tarixi torpaqlarını heç zaman, heç kimə güzəştə getməyəcəkdir. Danışıqları sülh adı ilə yubatmaq erməni xalqının siyasi məğlubiyyətini daha da gücləndirir.
Revanşist qüvvələr həm 30 ilə qədərki həm də hal-hazırki dövrdə yəni, post müharibə dövründə yenə öz ideylarından əl çəkməməyə cəhdlər göstəririlər. Lakin Erməni xalqı anlamalıdırki sülhün yuvadılması yalnız vaxt itkisidir və erməni xalqının siyasi varlığını sonlandırmağa yaxınlaşdırır. Cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, əgər Ermənistan tərərfi sülh danışıqlarından müxtəlif bəhanələrlə yayınmağa cəhd etsələr bu erməni xalqının onsuz da çətin olan iqtisadi vəziyyətini daha da çətinləşdirəcək .Lakin Azərbaycan öz iqtisadi layihələrini alternativ variantlardan istifadə edərək həyata keçirəcək.
44 günlük vətən müharibəsi yalnız 44 günün nəticəsi deyildir. Ulu Öndər Heydər Əliyev Ermənistan prezidenti ilə görüşlərin birində Şuşa şəhərinin və Qarabağın qədim Azərbaycan torpağı olduğunu xatırladaraq bir gün mütləq azad edəcəyik demişdir. Əlbəttə, Ulu Öndər güclü iqtisadiyyatı olan dövlət qurduğuna əmin idi. Qərb dövlətləri isə torpaqlarımızın işğalda qalması üçün ermənistana hər cür dəstək verirdilər.Yalnız İlham Əliyevin siyasi bacarığı, qətiyyətli mövqeyi və xalqımızın birliyi nəticəsində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini hərbi yolu ilə icra etmək 30 ilə yaxın işğalda olan torpaqlarımızı işğaldan azad etmək məcburiyyətində qaldı.
Litva Gitanas Nauseda ilə birgə keçirilən biznes forumda Prezident İlham Əliyev son aylarda Ermənistanla aparılan danışıqlar sülh sazişinin bağlanması ilə əlaqəli məsələləri bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Prezident cıxışında bir daha vurğulayaraq bidirdi ki, məğlub ölkə qalib dövlətin irəli sürdüyü bütün şərtləri qeyd-şərtsiz qəbul etməyə məcburdur. Çünki irəli sürülən bütün tələb və təkliflərdə region dövlətlərinin dayanıqlı sülhə və iqtisadi inkişafa marağlı olduğu da öz əksini tapır. Belə ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipdən yayınmağa çalışarsa, bu Ermənistanın iqtisadi tənəzzülünü daha çox sürətləndirəcək və Ermənistanın bir dövlət olaraq mövcudluğunu sual altına salacaq. İrəli sürülən prinsipdə regionun iqtisadi inkişafının əhəmiyyəti göstərilir. Lakin Ermənistan bu iqtisadi inkişaf, komunikasiya və logistika sahəsindəki iqtisadi inkişafdan kənar qalmaq istəyirsə, Azərbaycan üçün alternativ tərəfdaşlar kifayət qədərdir və nəticədə erməni xalqının əsl məğlubiyyəti bu olacaqdır.