Erməni silahlı birləşmələri Qarabağı tərk etməlidirlər

Erməni silahlı birləşmələri Qarabağı tərk etməlidirlər

Arzu Məmmədli 

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır, baş tutan açılışlar və təməlqoyma mərasimləri isə görülmüş işlərin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Regionların iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində də əməli işlər görülür. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür.

Prezident İlham Əliyevin hələ 19 il əvvəl ölkəyə rəhbərlik etdiyi vaxtdan qarşıya qoyduğu əsas vəzifələrdən biri regionları inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, işsizliyin və yoxsulluğun səviyyəsini azaltmaq olub. Artıq həmin problemlər arxada qalıb

Cənab Prezidentin müxtəlif bölgələrə müntəzəm səfərləri isə regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə birbaşa xidmət edir. Elə bu günlərdə Prezident və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfərləri, səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında və yerlərdə işlərlə birbaşa tanış olması dövlət başçımızın regionlarımızın günbəgün inkişaf etməsi ilə bağlı uğurlu siyasətinin reallığıdır.

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar. Həmçinin, İsmayıllıda “Basqal Resort & Spa” otelinin iştirak ediblər, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. Həmçinin, dövlətimizin başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət ediblər. Prezident İlham Əliyev Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Dövlət başçımız QobustanTəkcə onu demək kifayətdir ki, İsmayıllı dağlıq rayon olmasına baxmayaraq qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilmişdir. Yolların çəkilişi ilə bağlı kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir ki, bu da sürətli inkişafa böyük zəmindir.

Basqal Azərbaycanın qədim kəndlərindən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Bu yerin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl möhtərəm Prezidentimiz tərəfindən verilmiş Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır və işlərin təqribən 50 faizi başa çatıb. Basqalın tarixi simasının qorunması, eyni zamanda, burada yaşayan insanlar, Ağsu və İsmayıllı rayonlarına səfəri çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında göstərişlər verildi. Həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar üçün bu tarixi yaşayış yerinin konservasiyası, tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır.

Ölkə başçısı həmçinin, dövlətimizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsini, ərzaq təhlükəsizliyi, problemlərdən tam sığortalanmaq üçün praktiki işlər aparılacağını da demişdir. O cümlədən, cənab Prezident azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, maldarlıq, həm də bitkiçilik üçün çox münbit iqlim və təbii şəraiti nəzərə alaraq Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri haqda söhbət açmışdır.

Bundan əlavə cənab Prezident çıxışında bir neçə saat davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu vurğuladı. Artıq Azərbaycan torpaqlarında heç bir qanunsuz əməl törədilə bilməz. Bu doğma torpaqda yad ünsürlər at oynada bilməzlər. Laçın rayonunda qanunsuz yaşayan ermənilər çıxarılmalıdır, bu torpaqlar öz doğma sahiblərinə qovuşmalıdır. Erməni silahlı birləşmələri Qarabağı tərk etməlidirlər. Bu Ermənistanın öhdəliyidir. Burda ayrıseçkilikdən, xüsusi bir statusdan söhbət gedə bilməz.

Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki, o Cenevrə konvensiyalarının qaydalarına ziddir. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi Azərbaycana inteqrasiyadan keçir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan Respublikasının Pezidenti Cənab İlham Əliyevin çıxışında dediyi hər bir söz Azərbaycan vətəndaşlarında böyük mənəvi ruh yüksəkliyi yaradaraq, onun ətrafında bir yumruq kimi sıx birləşməyə, hər bir şəxsin tutduği vəzifəsindən asılı olmayaraq iş fəaliyyətində daha da əzmlə çalışmağa, öz vəzifə borcunu layiqincə yerinə yetirməyə çağırır.

İnanırıq ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcək və Zəngəzur dəhlizi, sərhədlərin delimitasiya və demarkasiyası, qeyri – qanuni erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı ciddi addımlar atacaqdır. Əks halda Şanlı Azərbaycan Ordusu yenidən anti – terror əməliyyatları həyata keçirməli olacaqdır.