Enerji təhlükəsizliyinin təmin olunması, energetik balansın qorunması dayanıqlı inkişafın əsasıdır

Enerji təhlükəsizliyinin təmin olunması, energetik balansın qorunması  dayanıqlı inkişafın əsasıdır

Nailə Məmmədova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi

Son 22 ildə aparılan uğurlu islahatlar, əsaslı yeniliklər ölkəmizin hərtərəfli inkişafına səbəb oldu. Prezident cənab İlham Əliyevin böyük zəhməti sayəsində Azərbaycanın Beynəlxalq ictimaiyyətdəki nüfuzu davamlı olaraq artmaqdadır. “Bakı Enerji Həftəsi" də proqressiv inkişafın bariz nümunəsidir. 

Enerji təhlükəsizliyinin təmin olunması, energetik balansın qorunması istiqamətində bir sıra irimiqyaslı layihələrin reallaşmasında regionda əsas aparıcı qüvvə Azərbaycandır. Təhsil, səhiyyə və digər sahələrdə yüksək səviyyəli enerji təchizatı, enerjidən səmərəli istifadə olunması dayanıqlı inkişafın əsasını təşkil edir.

Ölkəmizdə Beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərən tibb müəssisələrinin fasiləsiz iş rejiminin təmin edilməsində balanslaşdırılmış elektrik enerjisindən istifadənin çox böyük rolu var. Reanimasiya, İntensiv terapiya, Stasionar, Laboratoriya, Şüa diaqnostika şöbələrində elektrik enerjisinin qısamüddətli kəsilməsi belə insan həyatı üçün böyük bir təhlükə yarada bilər. Arzuolunmaz nəticələrdən qorunmaq üçün istər dövlət, istər özəl tibb müəssisələrində generasiya sistemləri, fasiləsiz enerji mənbələrindən səmərəli şəkildə istifadə olunur.

Tədris etdiyim İnformatika , STEAM dərslərində şagirdlərimizə enerji təhlükəsizliyinin önəmi, enerjidən doğru şəkildə istifadənin ölkəmizin inkişafına müsbət təsiri haqqında ətraflı məlumat verməyə çalışıram. Çox uğurlu şəkildə həyata keçirilən Böyük Qayıdış proqramının əsas məzmun xətti də işğaldan azad olunmuş torpaqlarımızın içməli su, elektrik enerjisi , qaz təchizatı ilə təmin olunmasıdır.

Cənab Prezidentin söylədiyi kimi bu gün biz praqmatik olmalıyıq enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi doğru şəkildə planlaşdırmalıyıq.