“Ekoloji mühit və cəmiyyət” adlı dəyirmi masa və “Tullantılardan əl işləri” adlı sərgi keçirildi.
29 oktyabr 2024-cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar “Ekoloji mühit və cəmiyyət” adlı dəyirmi masa və “Tullantılardan əl işləri” adlı sərgi keçirildi.
Tədbirdə YAP Suraxanı rayon Təşkilatının məsul əməkdaşı Nərgiz Çıraqova, 3 nömrəli Uşaq və Gənclər İncəsənət Məktəbinin əməkdaşları Nuranə Hüseynova və İlahə Əliyeva, 327, 282,146, 87 saylı tam orta məktəblərinin nümayəndələri və şagirdləri iştirak etdilər.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə əlaqədar verdiyi sərəncamdan, Respublikamızda bu istiqamətdə görülən işlərdən və il ərzində Suraxanı rayon Heydər Əliyev Mərkəzinin ekologiya ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışdı. YAP Suraxanı rayon Təşkilatının nümayəndəsi Nərgiz Çıraqova, 3 nömrəli Uşaq və Gənclər İncəsənət Məktəbinin əməkdaşı Nuranə Hüseynova və 146 saylı tam orta məktəbin Uşaq birliyi rəhbəri Sevinc Əmirova çıxış edərək təbiət və bəşəriyyətin mübarizəsindən, ətraf mühitə həssas cəmiyyətin formalaşması üçün erkən yaşlardan ekoloji tərbiyənin vacibliyindən, təbiətdə mövcud olan problemlərin müasir dövrdəki fəsadlarından söhbət açdılar. Yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində maarifləndirmə işlərinin, eləcə də gənc istedadları üzə çıxarmaq üçün tullantılardan olan əl işlərindən ibarət sərginin əhəmiyyəti və ekoloji təbliğat işindəki rolundan bəhs etdilər.
Daha sonra qonaqlar “Tullantılardan əl işləri” adlı sərgiyə baxdılar. Sərgidə 327,87, 146, 282 saylı tam orta məktəblərinin şagirdlərinin əl işləri nümayiş olunurdu.