Dəmir yumruq yerindədir, bunu heç kim unutmasın!

Dəmir yumruq yerindədir, bunu heç kim unutmasın!

Cəmilə Ağayeva      

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayonu, Əmircan Bələdiyyəsinin sədri 

Azərbaycan dövləti hər zaman humanist prinsiplərə dəyər vermişdir. Humanizm beynəlxalq hüquqda da  yer alır. Azərbaycan Respublikasının Konstitusiyasında, din dövlətdən ayrı olsa da, bizlər müsəlman ölkəsi olaraq,  hər zaman sülhə daha meylli olmuşuq. Bəlkə də elə buna görədir ki, illərlə, əsrlərlə, tarixə nəzər salsaq, müsəlmanın mərhəmətindən, saflığından digərləri istifadə etmişlər.

44 Günlük Vətən Müharibəsi isə, bizlərin ali mərhəmətinin hayqırması, səbir kasamızın daşması oldu. Bu müharibənin nəticəsində, bizə məxsus olan  torpaqlar, de-yure bizim olmaqla yanaşı, de-fakto da  bizim oldu.

Biz, Azərbaycan xalqı olaraq kiminsə torpağına göz dikməmişik, kimlərinsə torpaqlarını qəsb etməmişik.  Bizə aid olanları, müharibə yolu ilə geri almışıq. Həmin bu 44 Günlük Müharibənin nəticəsində  10 noyabr 2020-ci ildə,  mənfur ermənilərlə imzalanmış üçtərəfli bəyanat, sentyabrın 19-da yenə də onların  riyakar olmaqlarının, sözlərinin üzərində dura bilməməyinin göstəricisi oldu.

Belə ki, üç ildən sonrakı zaman kəsiyində böyük ehtimal ki, Azərbaycanın Qarabağ bölgəsində ermənilərin kəşfiyyat-diversiya qrupları tərəfindən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda, terror məqsədi ilə, əvvəlcədən quraşdırılmış minanın partlaması və həmin gün Daxili İşlər Nazirliyinin  daxili qoşunlarını daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi və hərbi qulluqçularımızın həlak olması və yaralanması, bir daha sübut etdi ki, mənfur xislətli, ermənilər “dəmir yumruğu” unutmuşlar. Onlara növbəti dəfə  “dəmir yumruğun” gücünü göstərmək üçün Qarabağ iqtisadi rayonunda törədilən  təxribatlarının qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərki-silah edilərək ərazilərimizdən çıxarılması üçün peşəkar ordumuz tərəfindən dərhal lokal xarakterli anti-terror tədbirlərinə Prezidentimiz, Ali Baş Komandan, yenilməz sərkərdə, cənab İlham Əliyev  tərəfindən start verildi və 24 saat ərzində ordumuz tərəfindən bu terror əməllərinin qarşısı alındı.

Təbii ki, lokal anti-terror tədbiri zamanı, həmişəki kimi, beynəlxalq hüquq normaları pozulmadı, mülki şəxslər qorundu, yalnız legitim hərbi hədəflər ordumuz tərəfindən sıradan çıxarıldı. Bir daha, Ermənistana öz məğlubiyyəti, bizlər tərəfindən sübut olundu!

Hər birimizə məlumdur ki, Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda, geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır. Yer və yurdlarından didərgin düşmüş soydaşlarımız yenidən öz doğma dədə-baba torpaqlarına qayıdırlar. Böyük qayıdışın başlanğıcında ermənilərin yenidən baş qaldırması, yeni arzularla elinə, obasına qayıdan soydaşlarımızı təşvişə salmaq planları  təbii ki, bizim ordu tərəfindən  pozulacaq, susdurulacaqdı və susduruldu da. Onların artıq heç bir çıxış yolları qalmayıb. Məğlub dövlət olaraq, Azərbaycanın bütün şərtlərini qəbul etməli və bundan sonrakı  dövrdə, öz   millətinin gələcəyi haqqında düşünməlidirlər. Əks halda, yenilməz sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: ”Müharibənin və qələbənin rəmzi olan dəmir yumruq yerindədir! Bunu heç kim unutmasın!”.