Dövlətimiz hər zaman Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur

Dövlətimiz hər zaman Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur

Bəhruz Cabbarov 

YAP Suraxanı rayon təşkilatının könüllü gənci

Suraxanı rayonu 196 nömrəli tam orta məktəbin müəllimi

1917- ci ildə Rusiyada inqilab baş verdi. Bu inqilabın nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Bununla da Rus imperiyası dağıldı. Belə bir dövrdə xalqlar öz taleylərini özləri həll etməli oldular. Bu cür imkandan istifadə edərək Azərbaycanın milli təfəkkürlü övladları 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanda yox, Şərqdə ilk demokratik respublika idi.Bu dövlət parlamentli dövlət idi.

Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və
dünyəvi dövlət idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdi. Sonra Milli Şura Gəncəyə köçürüldü. 1918-ci ilin sentyabrında isə Türkiyə ordusunun rəhbərliyi ilə– Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Cümhuriyyət qadınlara seçki hüququ tanıyan və qadın və kişi bərabərliyini təmin etmişdir, o cümlədən
milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmi tanınmasını müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.


Azərbaycan Demokratik Respublikasını rəsmi şəkildə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. 4 iyun 1918-ci ildə bu hadisə baş vermişdir. 1918ci il 9 noyabr üçrəngli bayrağımız qəbul edilmişdir. O zamana qədər isə Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına da böyük təsir göstərmişdir.

Müstəqil Azərbaycan Cümhuriyyəti 23 ay sonra bolşeviklərin hücumuna məruz qaldı və süqut etdi. Sovetlər Birliyi, Azərbaycanı məcburi şəkildə öz tərkibinə daxil etdi. Cümhuriyyətin dağılmasına baxmayaraq istiqlaliyyət ideyası hələ də davam edirdi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bəyan etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. KonstitusiyaAktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa
etmişdir.


Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili 18 oktyabr 2021-ci ildə tamam oldu. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tamamilə fərqli şəkildə, öz ərazilərini düşmən tapdağı altından azad etmiş,qalib xalq kimi qeyd etdi. Bu baxımdan müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması çox önəmlidir.


Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərara alır:Maddə 1. Mayın 28-i Müstəqillik Günü elan edilsin.
Maddə 2. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin.
Maddə 3. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilsin.Bildiyimiz kimi müstəqilliyin əldə edilməsi çətin prosesdir,lakin onu qoruyub saxlamaq isə daha çətindir. Heydər Əliyev Azərbaycanın çətin dövründə hakimiyyətdə idi. Ulu öndər Azərbaycan dövlətçiliyinin qorunması üçün lazımi tədbirlər görürdü.Ulu öndər Heydər Əliyevin dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik yarandı. Azərbaycan bir çox ölkələr ilə iqtisadi əlaqələri qurdu.

1994cü ildə Azərbaycan Neft şirkəti ilə bir çox böyük şirkətlər arasında müqavilə imzalandı. Bu  müqavilə əsrin müqaviləsi adlandırıldı. Bu saziş Azərbaycanda iqtisadiyyatın inkişafına yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk konstitusiyası qəbul edildi.Ümummilli liderimiz Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həll olunacağını, bunun üçün səbirlə, təmkinlə, ağılla hərəkət etmək lazım olduğunu da qeyd etmişdir. Heydər Əliyev dəfələrlə demişdir ki,əgər biz gün Azərbaycan demokratik dövlətini qururuqsa,biz bunu Azərbaycan Xalq Cümhuriyyətinə borcluyuq.

Azərbaycan dövləti hər zaman Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Cənab Prezidentimizin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidə də bunun əyani sübutudur. Dövlətimizin başçısı İlham Əliyev demişdir:“Müstəqilliyimizin qorunması və möhkəmlənməsi ən vacib
məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.

Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini həyatda təmin etdik və həyata keçirdik.Əminəm ki,müstəqillik yolunda inkişafımız davamlı olacaq, uğurlu olacaq. Və Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaq!” Müstəqil daxili və xarici siyasət həyata keçirən cənab prezident, Azərbaycanın beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən ətraflı düşünülmüş, güclü siyasət, qazanılmış nailiyyətlər əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir!


Prezident İlham Əliyevin göstərişi ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanıb.2006-cı ildə qəbul edilən 18 aprel tarixli fərmanın əsasında Ədliyyə Nazirliyinə hüquq mühafizə orqanı statusu verilib.Həmçinin 2006cı il 26 mayda “Ədliyyə orqanlarında qulluq keçmə”qanunu qəbul edilib. Dövlətimizin başçısı İlham Əliyevin diqqəti nəticəsində də ölkəmizin hərbi gücü də getdikcə artır. Azərbaycan dünyanın 50 ən güclü orduları sırasında yer tutmuşdur. 2016-cı ildə aprelin əvvəllərində ordumuz düşmənə öz gücünü göstərmiş,onların törətdiyi təxribatın qarşısını da almışdır. 


Bildiyimiz kimi 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusunun Ermənistan ordusuna qarşı əks hücuma başladı. Azərbaycanın əldə etdiyi o qələbələrin başlıca səbəbi Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü ordu strategiyası, milli birlik, ruh yüksəkliyi idi.


44 günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi və Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistanın da baş nazirinin imzaladıqları bəyanat dazərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu. Həmçinin Azərbaycan ordusunun döyüşlərdə ən yeni silahlardan yüksək peşəkarlıqla istifadə etməsi, igidliklə vuruşmaları tariximizə şərəfli səhifə kimi yazıldı.

Məhz  Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində Azərbaycan xalqı artıq 28 May Müstəqillik Gününü torpaqlarımızın işğaldan az olunmasının və qələbimizin sevinci ilə qeyd edir.Azərbaycan xalqı üçüncü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Bu əziz bayram erməni işğalından azad edilən
torpaqlarda da qeyd olunur.