Dil xalqın ən böyük milli sərvətidir
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
Ümummilli lider Heydər Əliyevin 2001- ci ildə imzalandığı fərmana əsasən, avqustun 1 - Respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Artıq 23- ildir ki, Ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik.
Ana dili və əlifbası xalqın milli sərvəti və kimliyini təsdiq edən möhürdür. Latın əlifbası və qrafiki, Azərbaycan dilinin təbliğində, dünya xalqları arasında tanınmağında böyük rol oynamışdır. Latın əlifbası həm dilimiz həm də mədəniyyətimizdir. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri 2004- ci il yanvarın 12- də imzaladığı “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqındakı “ sərəncamına buna əsaslı sübutdur.
Azərbaycan dili bizi həm də dünyada tanıdır. Tarixi keçmişimiz sovetlər birliyinin əsarəti altında olmuşdur. Xalqı məcburiyyət qarşısında qoyan rus imperiyası bizi həm dilimizdən, həm də sərvətimizdən məhrum etmişdir.
1920 və 1990 cı illər Azərbaycan dilinin ən ağır dövr kimi yaddaşlara həkk olunmuşdur. Bu illər ərzində dilimizi, dinimizi təbliğ edən şairlərimiz, yazıçılarımız və din xadimlərimiz susdurulmağa məcbur edilmişdir. Zamanla bu tarixi zədələr aradan qaldırılmağa başlanmışdır. 1990-cı ildə sovet qoşunları Azərbaycan xalqını əzməklə həm dilini, həm müstəqilliyini, həm də gələcəyini ələ keçirmək məqsədi ilə öz xülyasını həyata keçirmək istəyirdi. Müdrik xalqımızın dəyanəti sayəsində düşmən arzular boşa çıxdı. Müstəqilliyimiz və mədəni irsimiz qorunub saxlanıldı.
Prezident İlham Əliyev mədəniyyətimizin və dilimizin əsas təkamülü olan ana dilimizi xalqın dili elan etdi. Ulu Öndər Heydər Əliyev isə Azərbaycan dilinə verdiyi qiymət doğma dilimizə olan yüksək qiymət idi. Çünki dil xalqın ən böyük milli sərvətidir.
Xalqın mədəniyyəti, zəngin mənəvi sərvəti onun dilini də yaşadır. Bu gün ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümumilli liderin siyasi xətti Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.