Dezinformasiya və manipulyasiyaların artdığı bir zamanda IV Şuşa Qlobal Media Forumunun əhəmiyyəti

Dezinformasiya və manipulyasiyaların artdığı bir zamanda IV Şuşa Qlobal Media Forumunun əhəmiyyəti

Rəsmiyyə Hüseynova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktor müavini

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı qərəzli münasibəti daha aydın görünməyə başladı. Ədalət və beynəlxalq hüquqdan danışan bəzi qurumlar sözləri ilə əməlləri arasında ziddiyyət yaratdılar. AŞPA demokratiya və insan hüquqlarını ön plana çəksə də, Azərbaycanın illərlə yaşadığı qaçqınlıq faciəsinə və Ermənistanın işğal siyasətinə eyni həssaslıqla yanaşmadı. Bu isə ikili standartların açıq təzahürü kimi qiymətləndirilir. 

Dünya yeni enerji dövrünə qədəm qoyur. IRENA-nın məlumatına əsasən, bərpaolunan enerji sürətlə inkişaf edir və artıq qlobal enerji sistemində mühüm yer tutur. Günəşin, küləyin və suyun gücü ənənəvi enerji mənbələrini geridə qoymağa başlayır. Fransanın qondarma "Dağlıq Qarabağ respublikası"na dəstək göstərmək cəhdləri də nəticəsiz qaldı. Tarix göstərdi ki, saxta qərarlar və əsassız təşəbbüslər Azərbaycanın suverenliyini sarsıda bilmədi.

Qarabağda yaranmış yeni reallıqlar dəyişməz olaraq qaldı.  XXI əsrdə xalqların iradəsinə zidd müstəmləkəçilik siyasəti artıq öz ömrünü başa vurur. İnsanlar talelərini özləri müəyyən etmək istəyirlər. Dünyada Yeni Kaledoniyadan kiçik olsa da, müstəqil yaşayan, öz bayrağı altında BMT-də təmsil olunan çoxlu dövlətlər mövcuddur.

IV Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın sülh tərəfdarı olduğunu vurğulayaraq bildirdi ki, xarici müdaxilələr münaqişələri daha da dərinləşdirir. O qeyd etdi ki, Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan onlarla ölkəyə, xüsusilə Afrika dövlətlərinə humanitar yardım göstərərək həmrəylik nümunəsi ortaya qoyub. Prezident həmçinin AŞPA və Avropa İnsan Hüquqları Məhkəməsinə münasibətdə Azərbaycana qarşı ayrı-seçkilik olduğunu bildirərək ölkənin gələcək addımlarını nəzərdən keçirdiyini ifadə etdi. O, Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaşlıqlarının getdikcə gücləndiyini də vurğuladı.

Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan "yaşıl" enerji kabeli Avropanın enerji təhlükəsizliyi üçün mühüm layihələrdən biri hesab olunur. Bu təşəbbüs Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Özbəkistan və Macarıstanı da ortaq məqsəd ətrafında birləşdirir. Prezident İlham Əliyev Donald Tramp administrasiyasının sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirərək bildirdi ki, Cənubi Qafqazda davamlı sabitlik yalnız bütün region ölkələrinin maraqlarına bərabər və ədalətli yanaşma əsasında mümkündür.

Forum zamanı Prezident Azərbaycan haqqında obyektiv mövqe nümayiş etdirən bəzi şəxslərin müxtəlif təzyiqlərlə üzləşdiyini də qeyd etdi və bunun söz azadlığı ilə bağlı düşündürücü məqam olduğunu vurğuladı. Müasir dövrdə müharibələr təkcə döyüş meydanlarında deyil, informasiya məkanında da aparılır. Dezinformasiya və manipulyasiyaların artdığı bir zamanda medianın həqiqəti qorumaq, etimadı bərpa etmək və xalqlar arasında körpü yaratmaq missiyası daha böyük əhəmiyyət daşıyır.