Cənab prezident “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizdə böyük uğurların əldə edildiyini vurğulamışdır

Cənab prezident “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizdə böyük uğurların əldə edildiyini vurğulamışdır
Kəminə Zalova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Son 20 ildə ölkəmizin iqtisadiyyatına 300 milyard dollardan artıq sərmayə cəlb olunub. Eyni zamanda iqtisadiyyatımızın xarici borcunun ildən-ilə azalması,hal-hazırda ÜDM-in 10 faizindən aşağı olması Azərbaycan iqtisadiyyatının dayanıqlığını nümayiş etdirən hal kimi qeyd olunmuşdur. Cənab prezident bildirmişdir ki, hədəf dövlət xərclərinin azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndirilərək keçmiş məcburi köçkünlərin mümkün qədər tez yerləşdirilməsidir. Bunun üçün infastruktura, yaşayış yerlərinin inşasına böyük vəsait tələb olunur. Yanacaq enerji sahəsinə investisiyaların qoyuluşunun davam etdirilməsi təbii ehtiyatlar baxımından böyük potensiala malik Azərbaycan qazına Avropada mövcud olan böyük ehtiyacla əlaqədar daha da artacaq.
Ölkə başçısı işgüzar əlaqələrin vacibliyindən danışaraq Rusiyaya qarşı sanksiyaya görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verildiyini qeyd edib. Müsahibədə respublikada görülən bütün işlərin nəzərdə tutulan islahatlarla bağlı olması konkret nümunələr əsasında izah olunmuşdur. Xüsusilə, beynəlxalq arenada yürüdülən müstəqil siyasətin ən müsbət tərəfi kimi Qoşulmama Hərəkatına dördüncü ildən bəri sədrlik edən Azərbaycanın, 120 üzv ölkənin ümumi rəyinə əsasən, önəmli rol oynamasını qeyd etmək olar. Cənab prezident qeyd etmişdir ki, beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Sülh sazişini imzalayan və delimitasiya işlərini başlamaq üçün təklif verən bir ölkənin başçısı olaraq Cənab İlham Əliyev Qarabağ məsələsi tam bitdikdən sonra Ermənistanın bizimlə razılığıa gəlməkdən həvəsli olacağını proqnozlaşdırıb. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni seperatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.
Azərbaycanın sülh sazişi üçün əsas götürəcəyi 5 təməl prinsipindən söz açan cənab prezident bu prinsipləri aydın bir şəkildə şərh etmişdir. Daha sonra Azərbaycanda yaşayan təxminən 300 min erməninin taleyinə əsla biganə yanaşmayan Azərbaycan dövlətinin onların hüquqlarını və təhlükəsizliyini qorumağa hazır olduğu qeyd olunmuşdur. Eyni zamanda azərbaycanlıların 30 il əvvəl qovulması ilə ermənilərin 2 ay əvvəl ölkəmizi tərk etmək qərarı arasındakı fərqin əhəmiyyətinin olmaması vurğulanmışdır. Prezident onu da bildirmişdir ki, Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar da bizim onların qalmasına tərəfdar olduğumuzu göstərir. Azərbaycan elektron qeydiyyat portalı yaradılıb.
Qayıtmaq istəyən hər kəs bu hüququndan istifadə edə bilər və əmin ola bilər ki, onların şəxsi mülkiyyəti, həmçinin tarixi və dini yerlər lazımınca qorunacaq.Çoxmillətli, çoxkonfensiyalı ölkə olan Azərbaycanda sayca Qarabağdakı erməni əhalisindən qat-qat çox olan etnik qruplar var. Onlar sülh şəraitində yaşayaraq bütün hüquq və təminatlardan faydalanırlar. Qarabağ erməniləri də bu hüquqlarının təmin olunacaqlarına əmin ola bilərlər, çünki onların dil, tədris, din, məsələləri, bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrinin seçmə hüququ tam təmin olunacaq. Əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtsa o, Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək.
Bu gün heçkəsə sirr deyil ki, Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşıyır. Rusiyada, Ukraynada, Gürcüstanda bərabər şəkildə erməni və azərbaycanlı əhalinin yaşaması bir daha bu proqnozun nə qədər doğru olduğunu nümayiş etdirir.